Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2017-ci ildə Rusiyaya səfəri zamanı xarici işlər naziri Sergey Lavrovun ona göstərdiyi qonaqpərvərliyi "cəza" ilə müqayisə edib.
Conson bu barədə "Tres Respuestas" şousunda danışıb.
Onun sözlərinə görə, həmin vaxt Moskva ilə münasibətləri yenidən qurmağı planlaşdırıb, lakin bu cəhd "fəlakətlə nəticələnib".
"Lavrov məni çox isti yanan kaminin qarşısında həddindən artıq miqdarda araq içməyə məcbur etdi. Bu, sözün əsl mənasında, Viktoriya dövründəki özəl məktəblərdə verilən cəzaya bənzəyirdi", - deyə Conson bildirib.
O əlavə edib ki, həmin təcrübə dəhşətli idi və heç bir nəticə əldə edə bilmədik.
Xatırladaq ki, Boris Conson 2019-cu il iyulun 24-dən 2022-ci il sentyabrın 6-dək Böyük Britaniyanın baş naziri olub. O, 2016-cı il iyulun 13-dən 2018-ci il iyulun 9-dək Tereza Meyin hökumətində xarici işlər naziri vəzifəsini tutub.
Conson 2017-ci il dekabrın 22-də xarici işlər naziri kimi Moskvaya rəsmi səfər edib. Bu, 2012-ci ilin mayından bəri Böyük Britaniyanın xarici siyasət idarəsinin rəhbərinin Rusiyaya ilk rəsmi səfəri olub.
Siyasət
Boris Conson Lavrovun ona verdiyi "cəza"dan danışdı: "Məni araq içməyə məcbur etdi..."
Siyasət
Boris Conson Lavrovun ona verdiyi "cəza"dan danışdı: "Məni araq içməyə məcbur etdi..."
Tarix
İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi
Son xəbərlər
Sürücülərə xəbərdarlıq: Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Son xəbərlər
Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı
Siyasət
Peskov: "Rusiya məqsədinə güc yolu ilə nail olacaq"
Siyasət
Bayden Putindən yazdı: Yeniyetmə kimi laqeydlik edirdi
Son xəbərlər
Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - 16.11.2026
Tarix
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Müsahibə
Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı
Siyasət
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Siyasət
Körfəz ölkələri İrandan hücumlara görə kompensasiya tələb edib
Son xəbərlər
Kreml Avropanın danışıqlar qrupuna şərt qoyub?
Siyasət
ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski şərti açıqladı
Siyasət
Paşinyan: Ermənistan və Türkiyə münasibətlərin tam normallaşmasına yaxındır
Son xəbərlər