Azərbaycan ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir.
Bu barədə qurumun "2026-cı il Fiskal Şəffaflıq Hesabatı"nda qeyd olunub.
Hesabatda vuğulanıb ki, departament digər müvafiq federal qurumlarla məsləhətləşmələr apararaq minimum maliyyə şəffaflığı tələblərinin illik icmalını aparıb və illik qiymətləndirmə meyarlarını yeniləyib. Departament "2014-cü il Fiskal Şəffaflıq Hesabatı"nda müəyyən edilmiş 139 hökumətin (və Fələstin Muxtariyyətinin) maliyyə şəffaflığını qiymətləndirib, hər bir hökumətin minimum tələblərə cavab verib-vermədiyini müəyyən edib və minimum maliyyə şəffaflığı tələblərinə cavab verməyən hökumətlərin 1 yanvar - 31 dekabr 2025-ci il tarixli icmal dövründə tələblərə cavab verməkdə əhəmiyyətli irəliləyiş əldə edib-etmədiyini qiymətləndirib.
Hesabatda bildirilib ki, 2026-cı il icmalını apararkən departament ABŞ səfirliklərindən və konsulluqlarından, digər ABŞ hökumət qurumlarından, beynəlxalq təşkilatlardan və vətəndaş cəmiyyəti təşkilatlarından alınan məlumatları nəzərə alıb. Büdcə proseslərində mənalı ictimai iştirakı təmin etmək üçün hökumətlərin əsas minimum maliyyə şəffaflığı tələblərinə cavab verib-vermədiyini qiymətləndirərkən departament hökumətlərin spesifik hallarının fərqli olduğunu qəbul edib. Buna baxmayaraq, hesabatda hökumətlərin büdcə proseslərində mənalı ictimai iştirakı təmin etmək üçün əsas minimum maliyyə şəffaflığı tələblərinə cavab verib-vermədiyi qiymətləndirilir.
ABŞ Dövlət Departamenti Azərbaycan ilə yanaşı Albaniya, Argentina, Ermənistan, Baham adaları, Benin, Bosniya və Herseqovina, Botsvana, Braziliya, Bolqarıstan, Burkina Faso, Kabo-Verde, Çili, Kolumbiya, Kosta Rika, Kot-d'İvuar, Xorvatiya, Çexiya, El Salvador, Estoniya, Fici, Gürcüstan, Qana, Yunanıstan, Qvatemala, Qayana, Honduras, Macarıstan, Hindistan, İndoneziya, İsrail, Yamayka, İordaniya, Qazaxıstan, Keniya, Kosovo, Qırğızıstan, Latviya, Litva, Malayziya, Malta, Mavritaniya, Mavriki, Meksika, Mikroneziya (Federativ Ştatlar), Moldova, Monteneqro, Mərakeş, Namibiya, Nepal, Şimali Makedoniya, Panama, Paraqvay, Peru, Filippin, Polşa, Portuqaliya, Rumıniya, Ruanda, Serbiya, Sinqapur, Seyşel adaları, Slovakiya, Sloveniya, Cənubi Afrika, Şri-Lanka, Tayland, Şərqi Timor, Trinidad və Tobaqo, Tunis, Türkiyə, Uqanda və Uruqvayın minimum maliyyə şəffaflığı tələblərinə cavab verdiyini təsdiqləyib.
Siyasət
ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama
Siyasət
Rusiyaya qarşı ən böyük sanksiyalar paketi təsdiqlənəcək
Son xəbərlər
ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib
Son xəbərlər
Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
Bölgə
Kəlbəcərə qar yağdı, Yardımlıya dolu düşdü
Son xəbərlər
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
Siyasət
Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?
İqtisadiyyat
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - Foto
Siyasət
Əliyev Putin və Berdiməhəmmədovla görüşdü
Müsahibə
Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan
Siyasət
Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto
İqtisadiyyat
Neftin bu günə olan qiyməti
Siyasət
İlham Əliyev Türkmənistana getdi
Hadisə
Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü
Siyasət
ABŞ-da Nidal Həsənin edam tarixi açıqlandı
Son xəbərlər