Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təsdiqləyəcək.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas X hesabında yazıb.

O, dizel yanacağı ilə bağlı sanksiyaların ləğvinin Rusiyaya əlavə gəlir gətirəcəyini bildirib:

"Hazırda Rusiyaya qarşı təzyiqi zəiflətmək vaxtı deyil və Avropa bunu etməyəcək".