
Obama: İranla razılaşma imkanları mövcuddur
Obama İranın nüvə proqramı ilə bağlı danışıqlarda müsbət nəticənin əldə olunacağını istisna etmir.
ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı danışıqlarda müsbət nəticənin əldə olunacağını istisna etmir.
Huffington Post qəzetində müsahibə verən Ağ Ev başçısı bildirib ki, İranla "altılıq" ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin) arasında nüvə proqramı ilə bağlı davam edən danışıqlarda müsbət irəliləyişlər diqqəti cəlb edir.
"Hələlik Tehran istənilən güzəştlərə getməyib, ancaq bu istiqamətdə addımlar atır. Bu səbəbdən də, hesab edirəm ki, yekun razılaşmanın əldə olunmasına dair şans mövcuddur" deyə B. Obama vurğulayıb.
Onun sözlərinə görə, İran bütün dünyaya sübüt etməlidir ki, nüvə silahını yaradmaq niyyəti yoxdur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay