Rəsmi Ankara oktyabrın sonuna qədər Ukraynadakı münaqişənin həlli üçün beynəlxalq toplantı təşkil etməyi planlaşdırır.

Məlumata görə, müxtəlif ölkələrin milli təhlükəsizlik müşavirləri, o cümlədən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məsləhətləşmələr üçün İstanbula gələcək.

İddia olunur ki, Rusiya tərəfi görüşə dəvət edilməyib, Çinin öz nümayəndəsini göndərib-göndərməyəcəyi isə hələ məlum deyil.

Gündəmin mərkəzində Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh planı və Kiyevin bu təşəbbüsü müzakirə etmək üçün 2023-cü ildə qlobal toplantı təşkil etmək niyyəti olacaq.

İstanbulda keçiriləcək danışıqlar iyunda Danimarkada və avqustda Səudiyyə Ərəbistanında keçirilən məsləhətləşmələrdən sonra üçüncü belə görüş olacaq.

Mənbə: TASS