Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti arasında telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı, iki ölkə arasında əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Azərbaycan tərəfindən Qarabağ bölgəsində görülən lokal anti-terror tədbirlərindən sonra bölgədə mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Anti-terror tədbirləri nəticəsində regionda sülh və sabitliyə təhdid törədən erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulması və onların tərksilah edilməsinin ölkəmizin suveren ərazilərində hərbiləşmənin dəhşətli səviyyəsini bir daha nümayiş etdirdiyi diqqətə çatdırılıb. Görülən anti-terror tədbirlərinin, eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyasına təkan verdiyi, bu xüsusda, Azərbaycan Hökumətinin nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri arasında aparılan təmasların nəticəsində həmin sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində tərəfimizdən əməli addımların atıldığı bildirilib.
Ermənistan tərəfinin guya bölgədə “etnik təmizləmə”nin həyata keçirildiyi ilə bağlı iddialarının həqiqətə uyğun olmadığı, ölkəmizin erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirlər gördüyü qeyd olunub.
Ölkəmizin həm ikitərəfli əsasda Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinə, habelə Azərbaycan Respublikasının Konstitusiyası, tərəf olduğumuz beynəlxalq mexanizmlər çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya səylərinə sadiq olduğu bir daha vurğulanıb.
Telefon danışığı çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Siyasət
Ceyhun Bayramov Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri ilə telefonla danışıb
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix