Avstraliya hökuməti Rusiyanın 35 təşkilatına, o cümlədən 10 nəfər Rusiya və Belarus vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edəcək.
Müvafiq bəyanat ölkənin xarici işlər naziri Penni Vonq tərəfindən səsləndirilib.
Nazirin bəyanatında qeyd olunub ki, sanksiyalar müdafiə, texnologiya və enerji sektorunda fəaliyyət göstərən 35 müəssisə və 10 nəfər Rusiya və Belarus vətəndaşına qarşı tətbiq ediləcək. “Beynəlxalq tərəfdaşlarımızla sıx koordinasiyalı şəkildə alınan bu qərar Rusiyanın Ukraynaya təcavüzünü birbaşa və ya dolayısı ilə dəstəkləyən vətəndaşlara maksimum təzyiq göstərməlidir”, - deyə Penni Vonq qeyd edib.
Vonq vurğulayıb ki, Rusiya üçün böyük iqtisadi və strateji əhəmiyyətə malik müəssisələr də sanksiyalara məruz qalıb.
Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, yeni sanksiya siyahısına Rusiya silahlı qüvvələrini qabaqcıl texnologiyalar, elektronika və avadanlıqlarla təmin edən şirkətlər, nüvə enerjisi və Arktika resurslarının çıxarılması ilə məşğul olan təşkilatlar daxil edilib.
Bundan əlavə, Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov, Baş nazirin müavini Dmitri Çernışenko, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova, Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçak, həmçinin “Kalaşnikov” konserninin baş direktoru Vladimir Lepin və “Vertolyotı Rossii” holdinqinin baş direktoru Nikolay Kolesov ilə də bağlı maliyyə məhdudiyyətləri tətbiq edilib.
Mənbə: TASS
Siyasət
Avstraliyadan Rusiyaya yeni sanksiyalar: Siyahıda yüksəkvəzifəli rəsmilər və məşhur təşkilatlar da var
Son xəbərlər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Müsahibə
Avtobusdan istifadə edən sərnişinlərə şad xəbər - FOTO
Texnologiya
NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində...
Siyasət
Nyu-Yorkda Paşinyan Pezeşkianla görüşdü
Son xəbərlər
Putin ABŞ-a söz verib, bir neçə aya Donetski ələ keçirməlidir
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix