Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-nin Yuta ştatında yerləşən “İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri” Kilsəsinin 12 Həvarilər Kvorumunun üzvü Devid Bednarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı nazir C.Bayramov çoxmillətli və multikonfessional ölkə olaraq
Azərbaycanın bütün dinlərə etiqad edənlərin sülh və əmin-amanlıq içərisində yaşadığı ölkə olduğunu və hazırda Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qlobal mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidentinin müəllifliyi ilə “Bakı prosesi” təşəbbüsü də daxil olmaqla bir sıra qlobal əhəmiyyətli təşəbbüslərin irəli sürüldüyü, BMT-nin Sivilzasiyalararası Alyansının Qlobal Forumu da daxil olmaqla Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi bildirilib.
Müxtəlif xalqların mədəni və dini irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycanın nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğu ölkələrdən biri olduğu, belə bir şəraitdə xristian həmvətənlərimizin öz adət-ənənələrini, dini inanclarını, mədəniyyətlərini sərbəst şəkildə yaşadaraq ölkəmizin sosial-mədəni həyatının bütün sahələrində fəal iştirak etdikləri müqabil tərəfin diqqətinə çatdırılıb.
Nazir C.Bayramov, eyni zamanda 30 illik dövrdə ərazilərimizin Ermənistan tərəfindən işğalı və etnik təmizləmə fəaliyyəti, eləcə də post-münaqişə dövründə ölkəmizin sülh və sabitliyin təmin edilməsi, bərpa və quruculuq işləri barədə məlumat verib. Ermənistan tərəfindən prosesə maneçilik cəhdləri və davam edən mina təhdidləri vurğulanıb.
Devid Bednar Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri və dinlərarası dialoqa töhfə verən mühüm təşəbbüsləri barədə məlumatlı olduğunu və beynəlxalq müstəvidə dini, irqi və etnik zəmində ayrı-seçkiliyin xüsusilə kəskin miqyas aldığı hazırkı dövrdə Azərbaycan cəmiyyətinin sahib olduğu dəyərlərin olduqca əhəmiyyətli olduğunu bildirib. O kilsənin müxtəlif proqramları çərçivəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Tərəflər görüş zamanı eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.![]()
![]()
Siyasət
Ceyhun Bayramov Devid Bednarla görüşüb - FOTO
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix
Prezident fərman imzaladı
Hadisə