Siyasət
9.05.2023, 10:47
Britaniyanın XİN rəhbəri Ukraynaya yardımı müzakirə etmək üçün ABŞ-yə yollanır
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli mayın 9-da Vaşinqtona səfər edəcək və Konqres üzvləri, həmçinin ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşəcək.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Qeyd olunur ki, səfərin əsas mövzusu Kiyevə yardım olacaq.
“Ceyms Kleverli Ukraynanın qələbəsi üçün vahid beynəlxalq cəbhənin işinin vacibliyini vurğulayacaq”, - deyə bəyanatda qeyd olunur.
Tərəflər ABŞ və Britaniya arasında iqtisadi əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.
Mənbə: lenta.ru
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay