“Səfirliyimizə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi. Çünki həmin binada nəinki bizim səfirliyimiz, o cümlədən ailələrin yaşadığı mənzillər də yerləşir. Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər”.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
Həmin şəxsin səfirliyə daxil olduğu zaman təhlükəsizlik əməkdaşlarımızın silahsız olduqlarını vurğulayan dövlətimizin başçısı bildirib:
“Onun əlində “Kalaşnikov” avtomatı var idi. O, girən kimi atəş açdı, birini qətlə yetirdi, digərlərini yaraladı. Yalnız bir cəsur əməkdaş əliyalın olaraq, onu silahsızlaşdırdı və sıxıb çölə çıxara bildi. Sonra 40 dəqiqə ərzində nə polis, nə təhlükəsizlik əməkdaşı, heç kəs görsənmədi. O, yenidən soxulmağa cəhd etdi. “Kalaşnikov” avtomatından atəş açırdı, gətirdiyi çəkicdən istifadə edirdi. Daha sonra “Molotov kokteyli” də gətirmişdi. Qapını çəkiclə sındıraraq içəri daxil oldu və həmin yaralı əməkdaş yenidən onu sıxaraq çölə çıxara bildi. Sonra həmin şəxs polisə yaxınlaşır. Çöldə də kameramız var. O, istifadə etdiyi “Kalaşnikov” avtomatını və “Molotov kokteyli”ni verir. Bunun əvvəlcədən təşkil olunmadığı ilə bağlı şübhə qalırmı?”.
Siyasət
Prezident: “Səfirliyimizə hücum diplomatlarımızı qətlə yetirmək məqsədilə təşkil olunan terror aktı idi”
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix
Prezident fərman imzaladı
Hadisə