“İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsi əsl siyasi riyakarlıq nümunəsidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu cür çaşdırıcı bəyanatlarla İran yalnız fars mollakratiyasının dini istismar edən şovinistlərini aldada bilər:

“Ona görə ki, belə əsassız bəyanata yalnız onlar inanmaq istəyərlər. Nə İranda yaşayan milyonlarla soydaşlarımızı, nə də milyonlarla dindaş və məhzəbdaşlarımızı belə qabaqdangəlmiş bəyanatlarla aldatmaq olar. Dünyada yaşayan ən məzlum xalq heç də fələstinli qardaşlarımız deyil. Çünki onlar öz müstəqil dövlətlərini qurmaq üçün inamla mübarizə aparırlar və Azərbaycan da bütün beynəlxalq platformada fələstinli dindaşlarımızın haqlı davasında onları dəstəkləyir. Dünyanın ən məzlum xalqı molla rejimi altında əzilən İran xalqıdır ki, onların da içərisində ən məzlum və əzilənlər azərbaycanlılar, kürdlər, bəluclar, ərəblər - bir sözlə, qeyri-farslardır”.

Deputat xatırladıb ki, fələstinlilərin öz dillərində təhsil almaq hüququndan başlamış, azad ibadət etmək haqlarına qədər bütün hüquqları tanınır:

“Ancaq aylardır ki, İranda mollakratiya tərəfindən zülmə məruz qalan müsəlmanlar öz haqlarını tələb etsə də onlara heç bir hüquq tanınmır. Tam əksinə, dar ağacına çəkilir, ağıla gəlməz işgəncələrlə ölümə məhkum edilirlər. Bu mənada İran parlamentinin Qüdsün işğalçı rejimi adlandırdıqları ilə Qərbi və Şərqi Azərbaycan əyalətlərinin, Zəncan əyalətinin və s. işğal edən mollakratiya arasında heç bir fərq yoxdur”.

H.Babaoğlu söyləyib ki, Xoyda baş verən zəlzələdən sonra öz vətəndaşlarını aclığa, susuzluğa məhkum edən molla rejimi ilə faşistin heç bir fərqi yoxdur:

“Suriyada, İraqda məhzəb fərqini əsas gətirərək bayır-bucaq türkmənlərinin, minlərlə müsəlmanın qanını tökənlərin İslamdan və islamiyyətdən xəbəri belə yoxdur. Əsl zülm bax budur”.


Milli Məclisin deputatı həmçinin vurğulayıb ki, Qarabağda 30 illik işğal dövründə müsəlman dindaşlarının və məhzəbdaşlarının mal-mülkünü talan edib, müsəlmanların haqqına girən fars-erməni ittifaqının zülmü dünyanın ən böyük cinayəti və zülmüdür:

“Nəhayət, Qafanda konsulluq açıb məhzəbdaşlarının qanını tökən Ermənistana dayaq olan İranın heç bir haqqı yoxdur ki, Azərbaycanın İsraildə səfirlik açmasını müzakirə etsin. Biz ümid edirik ki, İran parlamentində olan soydaşlarımız və soydaşımız olmayan əsl mömin dindaşlarımız özləri İranın bu riyakar mövqeyini ifşa edəcək. Əsrlərdir bir arada yaşamış İran və Azərbaycan xalqlarının qardaşlığını pozmağa icazə verməyəcəklər”.

“İsraildəki səfirliyimizlə bağlı İranın bəyanatı siyasi riyakarlıq nümunəsidir” - RƏY + FOTO
“İsraildəki səfirliyimizlə bağlı İranın bəyanatı siyasi riyakarlıq nümunəsidir” - RƏY + FOTO

Son xəbərlər

Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu

Neftin qiyməti artdı

İsrail Livana zərbə endirdi: yaralılar var

Zelenski: "Rusiyanın neft emalı sənayesinə qarşı əməliyyat davam edir"

Azərbaycan müharibədə bizə kömək etdi - Pezeşkian

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Nikol Paşinyan İlham Əliyevə zəng edib

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Bütün xəbərlər