Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində toqquşma yaşandı. Bu hadisədən dərhal sonra erməni diasporları beynəlxalq cameədə Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə əsassız iddialarla çıxış etdilər. Həmin iddiaların əsassız olduğunu göstərən bir sıra faktorlar var. Birincisi odur ki, Ermənistan hələ Qazaxın yeddi kəndini işğal altında saxlayır. İkincisi, Ermənistan Nikol Paşinyanın dili ilə dedi ki, bu kəndlərin Azərbaycana mənsubluğu sual altındadır və onların hüquqi statusu yoxdur. Deməli, bütün sərhədyanı zona şərtidir.

Məsələ ilə bağlı Oxu.Az-a danışan politoloq Teymur Qasımlı qeyd edib ki, Üçtərəfli Bəyanatın üzərindən artıq iki ilə yaxın vaxt keçib, amma Ermənistan hələ də öhdəliklərini yerinə yetirmir:



“Hər gün Qazaxın yeddi kəndinin qayıtmasıyla bağlı fikirlər səslənir. Amma ortada heç bir şey yoxdur. Ermənistan həmin kəndlərin əvəzində Gədəbəyin Başkənd kəndini istəyirdi, bu isə mümkün olan şey deyil. Ermənistan haqdan, beynəlxalq hüquqdan dəm vursa da, işğalçıdır. Qazaxın yeddi kəndinin, Naxçıvanın Kərki kəndinin geri qaytarılmasına dair öhdəlik götürüb, amma bunu yerinə yetirmir. Bu gün kim güclüdürsə, o qalib gəlir.

Ermənistanın bugünkü torpaqları da tarixi Azərbaycan torpaqlarıdır. 1918-ci ildə Ermənistan havadarları vasitəsilə həmin torpaqlarımızı işğal edərək özünə dövlət qurub. Ona görə də hazırda Ermənistanın Azərbaycana qarşı səsləndirdiyi ittihamlar tam əsassızdır. Amma təəssüf ki, bir sıra dövlətləri özünə inandıra bilir”.

Ekspert hesab edir ki, Azərbaycan apardığı düzgün siyasət nəticəsində Ermənistanı sülhə məcbur etməlidir:

“Həmçinin Xankəndi, Əsgəran, Xocalı və digər ərazilərin Azərbaycan torpağı olduğunu qəbul etdirməlidir. Düşünürəm ki, bundan sonrakı proseslər çox ağır olacaq. Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı yeni ittihamlar irəli sürür. Səfirliklərimizin qarşısındakı aksiyalar da bunu göstərir. Ona görə də Azərbaycan diplomatik siyasətini aparmalı, səfirlər 24 saat işləməlidirlər. Qazaxın yeddi kəndini, Naxçıvanın Kərki kəndini və digər qaytarılmayan ərazilərimizi onların ittihamlarına qarşı istifadə etməliyik”.

Son xəbərlər

İran əllərini tətikdən çəkməyəcək - Pezeşkian

Keşləni su basdı: Nazir müavini hadisə yerində - Video

SAXAL İranda 120 hədəfi atəşə tutub

ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirdi

Vilayət Eyvazov rəislərə tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

İslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər

Qurbanov ilk dəfə baş hakim kimi təyinat aldı

İran Hörmüzlə strateji qələbə qazandı

Ukrayna Pasxa atəşkəsinə hazırdır - Zelenski

Hakan Fidan Pakistan XİN başçısı ilə görüşdü

ABŞ əsgərlərini yandırmaq üçün gözləyirik - Qalibaf

İran İsrailin Modiin şəhərinə zərbələr endirdi

Husilərin lideri İsrail və ABŞ-ı hədələdi

Ərdoğan helikopter qəzasına görə başsağlığı verdi

AB İranla müharibə istəmir - Vever

Netanyahu Zelenski ilə danışıqlar üçün müraciət etdi

Münaqişəyə diplomatik yolla son qoymaq... – Bəqai

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

İranın yeni dini lideri bəlli oldu

Almaniya Azərbaycana təşəkkür etdi

İran üzr istədi və kapitulyasiya etdi - Tramp

Putin Xameneiyə görə başsağlığı verdi

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Suraxanı Rayon Yol Polisi İdarəsi fəaliyyətində müsbət dinamika: təhlükəsizlik göstəricilərində artım

Pezeşkian Papikyanla müzakirədə Azərbaycanı xatırlatdı

Hakan Fidan Rüstəm Umerovla görüşdü

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Rusiya diplomatiyanı deyil, zərbələri üstün tutur - Zelenski

Ukrayna Luqanskdakı neft bazasını vurdu

Tramp İranla bağlı bu fürsəti əldən verdi

İlham Əliyev Münhendə iclasda iştirak edir - Canlı

Azərbaycanın bu mövqeyi üstünlükdür, lakin... - Prezident

DTX Mehdiyevin evində nələr tapdı?

Bütün xəbərlər