Latviya və Estoniya parlamentləri Rusiyanın Ukrayna xalqına qarşı soyqırım törətdiyini tanıyan bəyanatlar qəbul ediblər.
“Report” UNİAN-a istinadən xəbər verir ki, Latviya Seymində yekdilliklə qəbul edilən bəyanatda deyilir:
“Seym Rusiyanın Belarus rejiminin də iştirakı və dəstəyilə Ukraynaya irimiqyaslı hərbi müdaxiləsini qətiyyətlə pisləyir. Bu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır”.
Estoniya parlamenti Riigikoqu da Rusiyanın Ukraynada törətdiyi soyqırım və hərbi cinayətlərə dair 84 millət vəkilinin təqdim etdiyi bəyanatı qəbul edib. Sənəddə qeyd olunur:
“Rusiya Federasiyası Ukraynanın Buça, Hostomel, Borodianka, İrpin, Mariupol şəhərlərində, habelə bir çox digər yaşayış məntəqələrində soyqırım cinayəti, o cümlədən kütləvi vəhşiliklər törədib. Bu əməllər insanların qətli, oğurlanması, deportasiyası, azadlıqdan məhrum edilmələri, işgəncələr, zorlamalar, habelə cəsədlərin təhqir edilməsindən ibarətdir”.
Rusiyanın törətdiyi cinayətlərin təhqiqatına, təqsirkarların məsuliyyətə cəlb olunmasına dəstək verməyə, bu məqsədlə beynəlxalq məhkəmə qurmağa çağırış irəli sürülüb. Estoniya parlamenti Rusiyaya qarşı sanksiyaları dərhal sərtləşdirməyə, o cümlədən enerji ticarətini dayandırmağa, Ukraynaya hərbi və humanitar yardımları artırmağa da çağırış edib.
Siyasət / Müsahibə
Latviya və Estoniya parlamenti Rusiyanı soyqırımda ittiham edib
Siyasət
Estoniya xarici işlər naziri Bakıya gəlir
Siyasət
İsraildə seçkinin nəticələri təsdiqləndi: Netanyahunun hökumət qurmaq üçün səsləri çatmır
Mədəniyyət
Zelenski Melaniya Trampı təltif etdi
Son xəbərlər
Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Siyasət
Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır
İqtisadiyyat
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Texnologiya
WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
İdman
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
Siyasət
İran xəbərdarlıq etdi: Avropaya zərbə endiriləcək!
İqtisadiyyat
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Son xəbərlər
Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi
Siyasət
Paşinyan: "Müxalifətin zaminlərin himayəsi altında fəaliyyəti siyasi fəlakətlə nəticələnəcək
Siyasət