Ukraynanın hakim partiyası bəyan edib ki, “Rusiya Donbas əhalisini deportasiya edir”; BBC xəbər verir ki, kütləvi köçürülmə 1 milyondan çox sakinini əhatə edə bilər

Rusiya və Ukrayna sərhədində qaçqınlar səbəbindən yaranmış gərgin vəziyyət davam edir. “Luqansk Xalq Respublikası”nın lideri Leonid Paseçnik bildirib ki, Rusiya Federasiyası insanları öz ərazisində yerləşdirməyə hazırdır. O, həmçinin kişiləri "LXR"-ı "müdafiə etməyə" çağırıb. Donetsk separatçılarının lideri Denis Puşilin də bildirib ki, “DXR” hakimiyyəti əhalinin kütləvi şəkildə Rusiyaya təxliyəsini təşkil edir. Puşilinin sözlərinə görə, “ilk növbədə qadınlar, uşaqlar və qocalar təxliyə edilir”.
Kütləvi evakuasiya xəbərindən sonra ilk dəqiqələrdə Kremldən bu barədə heç nə bilmədiklərini söyləyiblər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “mən indi orada nə baş verdiyini bilmirəm” deyib, həmçinin əlavə edib ki, əhalinin köçürülməsinin Moskva ilə koordinasiya edilib-edilməməsindən xəbəri yoxdur.

Təxminən iki saat sonra məlum olub ki, Rostov vilayətinin qubernatoru Vasili Qolubev Vladimir Putinlə əlaqə saxlayaraq ondan kömək istəyib. Putin dərhal Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyanı Rostov vilayətinə getməyi və qaçqınların qəbulu üçün şərait yaratmağı tapşırıb.

Tanınmamış "xalq respublikaları" ndan Rusiyanın Rostov vilayətinə 80-dək avtobusla qaçqınlar gəlib. Bu gün səhər saatlarında olan məlumata görə, 6 minədək adam Rostov vilayətinə gəlib. Gələnlərin əksəriyyəti ana və uşaqları, eləcə də yaşlı adamlardır. Rusiya Fövqəladə Hallar Nazirliyi qərargah yaradıb. Rusiya hökuməti hər bir qaçqın üçün 10 min rubl maddi yardım ayırıb .

Orenburq vilayətinin qubernatoru Denis Pasler də bildirib ki, region təxliyə edilmiş sakinlərini qəbul etməyə hazırlaşır.


BBC xəbər verir ki, kütləvi evakuasiya Donbasın 700 min və ya 1 milyondan çox sakinini əhatə edə bilər. Bu səhər isə məlum olub ki, Donbas sakinləri qatarla da təxliyə olunmağa başlayıb. İlk qatar bu səhər saat 8-də Rostov istiqamətində yola düşüb. İkinci qatar saat 15:33-də yola düşəcək. Bundan başqa, saat 11:00 və 18:00-da dörd avtobus xəttə buraxılacaq.


Donbas sakinlərinin Rusiyaya kütləvi təxliyyəsi elan edildikdən dərhal sonra "DXR hökuməti" binası yaxınlığında UAZ hərbi maşını partladılıb. “DXR -in xalq milisləri”nin rəhbəri Denis Sinenkov “İnterfaks”a bildirib ki, partladılan onun maşınıdır. Partlayış nəticəsində xəsarət alan olmayıb. UAZ-ı kimin və niyə partlatdığı məlum deyil.

Ukrayna hakim "Xalqın xidmətçisi" partiyasının sədri Yelena Şulyak bəyan edib ki, “Rusiya Donbas əhalisini deportasiya edir” və onların həyatı üçün heç bir real təhlükə yoxdur. “Ukraynanın hərbi-siyasi rəhbərliyi Donbasda hücum əməliyyatları planlaşdırmır. Bunu isə Ukrayna Müdafiə Mazirliyinin Baş Qərargah rəisi Valeri Zalujnı deyib.


"Ukraynanın hərbi-siyasi rəhbərliyi ölkənin şərqində hücum əməliyyatlarını planlaşdırmır. Əraziləri işğaldan azad etmək üçün bizim üçün yeganə məqbul variant siyasi-diplomatik yoldur ", - o, Facebook-da videomüraciətində bildirib.


Gecə Luqanskda iki güclü partlayış səsləri də eşidilib. Məlum olub ki, partlayışlar qaz kəməri və yanacaqdoldurma məntəqələrində baş verib. "Luqanskqaz" şirkətinin baş direktoru Tatyana Boqorodko bildirib ki, hər iki halı təxribat-diversiya kimi qiymətləndirirlər.

Bakı vaxtilə saat gecə saat 02-də ABŞ prezidenti Ukraynadakı vəziyyətlə bağlı xalqa müraciət edib. Bayden deyib ki, Rusiya Ukraynanı müharibəyə cəlb etmək istəyir. Onun sözlərinə görə, Rusiyaya qarşı müttəfiqlərin ortaq mövqeyi qətidir və müharibə başlayacağı təqdirdə Moskva bunu görəcək. O söhbətin nədən getdiyini dəqiqləşdirməyib. O, rus qoşunlarının Ukrayna ilə sərhədlərin yaxınlığında qalacağına əmindir, bir neçə gün ərzində ölkəni işğal etməyi planlaşdırırlar. Bayden deyib ki, fevralın 24-də ABŞ dövlət katibi rusiyalı həmkarı ilə görüşməlidir. Əgər bu zamanadək Rusiya Ukraynaya hücum edərsə, bunun çox ağır bədəli olacaq. ABŞ prezidenti müharibədə əsgər kimi iştirakçı olmayacaqlarını, amma Ukrayna xalqına hər cür dəstək verəcəklərini deyib. ABŞ prezidenti Ukraynaya maddi dəstəyin davam edəcəyini də bəyan edib, konkret rəqəmlər səsləndirib.


Co Bayden Putinin müharibə etməkdə qərarlı olduğunu, amma diplomatik həll yollarının tükənmədiyini də əlavə edib.Jurnalistlərin suallarına qısa cavab verən Bayden gərginliyə baxmayaraq, Ukrayna prezidentinin Münhen Təhlükəsizlik Konfransında iştirak qərarına birmənalı fikir bildirməyib. Zelenski ilə çoxsaylı təmasları olduğunu deyib, Münhendə iştirakını onun şəxsi qərarı kimi izah edib. Bayden sonda deyib ki, Putinin nüvə silahından istifadə edəcəyinə inanmır.


Putin isə ehtiyatda olan Rusiya vətəndaşlarının 2022-ci ildə hərbi toplanışa çağırılması haqqında fərman imzalayıb.

Son xəbərlər

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

Bütün xəbərlər