Siyasət
22.03.2015, 13:33
Ukrayna hakimiyyətini sarsıdacaq - Şok xəbər
Ukraynanın Baş naziri Arseni Yaçenyuk barəsində şok doğuracaq məlumatlar yayılıb.
İnterxəbər.az xəbər verir ki, Yaçenyukun Yanukoviç-Azarov dönəmində korrupsiyaya rəhbərlik etdiyi iddia edilir. Yaçenyukun ölkədə pulun olmaması barədə çıxışından sonra bu məsələ gündəmə gətirilib.
Bildirilir ki, müharibənin getdiyi bir vaxtda sosial ödənişlər, pensiyalar azalır. Vergilər daha da artırılır. Bütün bunlara isə Yaçenyukun rəhbərlik etdiyi qeyd edilir. Məsələ ilə bağlı Ukrayna Prezidenti Pyotr Poroşenko və Ali Radaya müraciət ünvanlanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay