OXUAZ-a istinadən bildiririk ki,Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Agentlikdən verilən məlumata əsasən, İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının və biznes assosiasiyaların rəhbərlərinin, KOBİA-nın nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda şuranın fəaliyyəti və növbəti müddətdə görəcəyi tədbirlər müzakirə edilib.
İclasdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin qurumun fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu, bu sahədə KOBİA yanında İctimai Şura ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb. Bildirilib ki, Agentlik yanında İctimai Şura tərəfindən müxtəlif mövzularda təşkil olunan ictimai müzakirələr dövlət-biznes dialoquna töhfə verməklə, bu sahədə əhəmiyyətli platformadır.
Agentlik yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov ötən müddət ərzində şura tərəfindən görülmüş işlər və qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər barədə məlumat verib.
İclasda gündəlikdə olan məsələlərə, eləcə də Agentliyin fəaliyyətinə və KOB-lara göstərilən dəstək mexanizmlərinə dair müzakirələr aparılıb, ayrı-ayrı sektorları təmsil edən şura üzvlərinin müvafiq sahələrə dair fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. KOBİA yanında İctimai Şuranın üzvü, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari şuranın katibi seçilib.
Qeyd edək ki, 2018-ci ildən etibarən fəaliyyət göstərən KOBİA yanında İctimai Şura qurumda ictimai iştirakçılığı təmin etməklə, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyətinə ictimai nəzarəti həyata keçirir. İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən biznes assosiasiyalar təmsil olunur.
Siyasət
KOBİA yanında İctimai Şuranın növbəti iclası keçirildi - FOTO
Siyasət
ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski şərti açıqladı
Siyasət
Paşinyan: Ermənistan və Türkiyə münasibətlərin tam normallaşmasına yaxındır
Son xəbərlər
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Texnologiya
Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
Hadisə
Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - Din görüntüləri yaydı
Müsahibə
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb
Son xəbərlər
Külək güclənəcək - Xəbərdarlıq verildi
Son xəbərlər
İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı
Son xəbərlər
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı
Hadisə
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
Siyasət
Tramp İrana qarşı hiyləgər taktikadan danışdı
Siyasət
Rəsmi Bakı: Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb
Siyasət
İran ABŞ-ın radar sistemini məhv etdi
Siyasət
Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz
İdman