Dünyaca məşhur Azərbaycan əsilli fransalı fotoqraf Reza Deqati vaxtilə Şuşada çəkdiyi bir fotonu paylaşıb.
Məşhur fotoqraf öz “Facebook” səhifəsində fotonun tarixçəsi və o günlər barəsindəki xatirələrini yazıb:
“Şuşa 1992.
Şuşadakı son jurnalist idim. Rusiyanın hərbi yardımı və ağır texnika vasitəsilə erməni qüvvələrinin mühasirəyə aldıqları şəhəri onun işğalından bir az əvvəl tərk etməli idim.
Birinci Qarabağ müharibəsini işıqlandırdıqdan sonra başa düşdüm ki, Azərbaycanın həqiqi peşəkar ordusu yox idi, döyüşçülərin çoxu könüllü və ya polis idi. Mülki şəxslər də Qarabağı qorumaq üçün birləşmişdilər. Vəziyyət çox gərgin və tələfatlar çox yüksək olsa da, öz daimi işlərini tərk edən və Azərbaycanın hər yerindən gəlmiş müdafiəçilərin yüksək ruhu məni heyrətləndirirdi. Bir gün skripkasını cəbhəyə gətirən bu virtuoz skripkaçı ilə tanış oldum. Skripka atəş nəticəsində məhv oldu, lakin yayı qaldı və həmin skripkaçı öz "Kalaşnikov"undan istifadə edərək bəzi melodiyalar ifa etdi. Azərbaycanlılar çox yaxşı musiqiçidirlər. Mən Parisə qayıtdım və Qarabağda çəkdiyim şəkilləri azərbaycanlıların davam etməkdə olan faciəsinə, bir milyon qaçqının mövcudluğuna, minlərlə mülki şəxsin qətlə yetirilməsinə göz yummağa qərar verən media üçün gətirdim”, - deyə R.Deqati qeyd edib.
Siyasət
Reza Deqati Şuşanın işğalından bir neçə gün öncə çəkilmiş şəkli paylaşıb - FOTO
Siyasət
TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar
Siyasət
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"
Son xəbərlər
İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"
Siyasət
Seçkinin ilkin nəticəsi: Netanyahu qalib gəlir...
Siyasət
Ukrayna ilə bağlı danışıqlar bu tarixdə keçiriləcək - Tusk
Müsahibə
Avropa istəsə, qaz tədarükünü bərpa edərik - Novak
Siyasət
Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"
Siyasət
Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq
İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Müsahibə
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
Siyasət
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
Hadisə
Moskvanın bütün hava limanları bağlandı
Son xəbərlər
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
Siyasət
Zelenski: Rusiya bir həftədə Ukraynaya 1 600 bomba və 48 raket atıb
Son xəbərlər