Qırğızıstan və Tacikistan arasında baş verən qarşıdurmalar barədə məlumat aprelin 29-da verilsə də, əslində toqquşmalar yerli KİV-lərin xəbəri yaymasından bir gün əvvəl başlayıb.

Bu haqda Caliber.Az-a qırğızıstanlı politoloq, regional təhlükəsizlik üzrə ekspert Mars Sarıyev məlumat verib.

Xatırladaq ki, iki ölkə arasında vəziyyətin kəskinləşməsi su resurslarının bölüşdürülməsi ilə bağlı olub.

Orta Asiya üçün bu son dərəcə həssas bir mövzudur.

29 aprel axşam saatlarında Qırğızıstan və Tacikistan atəşi dayandırmağa və qoşunlarını əvvəlki yerləşdirildikləri yerə geri çəkmək barədə razılığa gəlib.

Bununla yanaşı, silahlı qarşıdurma nəticəsində hər iki tərəfdən ölən və xəsarət alanlar var.

Qırğızıstan və Tacikistan sərhədində nə baş verir, bu hadisələr gözlənilmədən baş verdimi?

Mars Sarıyevin sözlərinə görə, məsələ təkcə “su böhranı” ilə əlaqədar deyil.

- Qırğızıstanın Batken bölgəsi Tacikistanın Sogd vilayəti ilə həmsərhəddir. Burada çətinliklər həmişə, hələ Sovetlər dövründə də olub. Sərhədlərin delimitasiyası və demarkasiyası hələ tamamlanmayıb, evlər sözün əsl mənasında şahmat qaydası ilə yerləşib.

Bundan əlavə, bina Qırğızıstan bostan isə Tacikistan ərazisinə daxil ola bilər, sərhəd isə yolun ortasında yerləşə bilər.

Hazırkı münaqişə ilk belə hal deyil. Ancaq indi Tacikistan tərəfdən minaatanlardan atəş açıldı. Bizimkilərin cavabı atıcı silahlarla məhdudlaşdı. Ancaq iki gün ərzində gərginlik kəskinləşdi. Mən düşünürəm ki, Tacikistan tərəfi münaqişəni qəsdən qızışdırdı.

“Qolovnaya” supaylama məntəqəsi var. O, Qırğızıstan ərazisində yerləşir və suyu qrafiklə Qırğızıstan və Tacikistan arasında paylayır. Və birdən Tacikistan tərəfi suyun səviyyəsini ölçmək üçün dirəklərə videokamera qoymağa başladı. Bu, Qırğızıstan ərazisində baş verirdi. Təbii ki, bu hadisə sərhədçilərimizi və yerli sakinləri narazı saldı. Konflikt böyüməyə başladı, Tacikistan Qırğızıstan sərhədçilərinin beş zastavasına atəş açdı, minaatanlardan istifadə edildi. Zastavalardan biri yandı. Buna cavab olaraq Qırğızıstan tərəfi Tacikistana məxsus sərhəd postunu ələ keçirdi. Hər iki tərəfdən ölənlər və çox sayda yaralı var. Vəziyyət gərgin olaraq qalmaqda davam edir. Hələ anklavlar məsələsi də var, əlavə olaraq Qırğızıstan su anbarı tikmək niyyətini açıqladı, axı bütün çay axınları bizim dağlarımızdan gəlir. Düşünürəm ki, məhz buna görə Tacikistan tərəfi “Qolovnaya” supaylama məntəqəsini ələ keçirməyə cəhd göstərdi.

- Ancaq həm Qırğızıstan, həm də Tacikistan eyni hərbi ittifaqın - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.

- Bəli və məhz bir gün əvvəl Düşənbədə KTMT-nin iclası keçirilmişdi. Əlbəttə ki, bu konflikt nə Tacikistana, nə də Qırğızıstana fayda vermir. Düşünürəm ki, Tacikistan hansısa üçüncü qüvvə tərəfindən təhrik edilir.

Tacikistanda vətəndaş müharibəsi olanda qaçqınlar üçün dəhliz açan Qırğızıstan idi, onlar başqa heç bir yerə getmədilər. Bişkekdə Tacikistan müxalifəti ilə hökumət arasında protokol imzalandı. İndi baş verənlər Tacikistanın öz fəaliyyətində azad olmadığını göstərir. Böyük bir geopolitik oyun gedir. Tacikistan öz-özlüyündə çəkinmədən Qırğızıstanla bu qədər açıq münaqişəyə girməzdi.

- Artıq Rusiyanı hakim kimi çıxış etməyə çağıran səslər eşidilir. Ancaq sual yaranır: baş verənlər kimlərə sərf edirdi?

- Mənim nöqteyi-nəzərimə görə indi Tacikistanla baş verənlər Cənubi Qafqazdakı hadisələrlə müqayisə edilə bilər. Ermənistan türk mühasirəsindədir. Farsdilli Tacikistan da həmçinin. Düşənbə Cənubi Qafqazda baş verənləri yaxından izlədi, çünki türk komponentinin güclənməsi Orta Asiyaya da təsir edir. İndi Qırğızıstan və Özbəkistan arasında əlaqələrin güclənməsi baş verir, Türk Şurasının əməkdaşlığı inkişaf edir. Əlbəttə ki, bütün bunlar farsdilli Tacikistanı narahat edir. Orta Asiyada vəziyyətin gərginləşməsinə təkan verən geosiyasi oyunçular var. Bunun kimə faydası var? Düşünürəm ki, yaxın gələcəkdə aydın olacaq.

Son xəbərlər

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Bütün xəbərlər