Nazir Ceyhun Bayramovun tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə görüşü baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Tacikistan arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Tacikistan naziri COVİD-19 pandemiyası ilə mübarizədə ölkəsinə göstərdiyi dəstəyə görə, xüsusilə pandemiya dövründə tranzit daşımalarında göstərdiyi dəstək və yardıma görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Tərəflər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və beynəlxalq formatlarda qarşılıqlı dəstəyin önəmini vurğulayıblar.
İkitərəfli əlaqələrin o cümlədən, iqtisadi, ticarət, nəqliyyat, təhsil, mədəniyyət sahələrində genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Belə ki, birbaşa hava əlaqəsinin yaradılmasının əhəmiyyəti, habelə ADA Universiteti ilə Tacikistanın ali təhsil ocaqları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Hər iki ölkədə qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov tacikistanlı həmkarını Azərbaycana rəsmi səfər etməyə dəvət edib.
Görüşün yekununda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb.![]()
![]()
![]()
Siyasət
Azərbaycan və Tacikistanın Xarici işlər nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb - FOTO
Son xəbərlər
İlham Əliyev COP31-də iştirak edəcək
Mədəniyyət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı yayım
Siyasət
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
Son xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto
Tarix
İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Video
Tarix
XİN-dən Zəfər Günü ilə bağlı paylaşım: Milli iradə
Bölgə
Hacıqabulda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti keçirildi.
Müsahibə
Pakistanın baş naziri: "Biz həmişə Azərbaycanın yanındayıq
Tarix
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi
Tarix
Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov
Müsahibə
Ərdoğan sabah Qarabağa gəlir
Tarix
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
İqtisadiyyat