Rusiyanın “Exo Moskva” radiostansiyasının şərhçisi, nüfuzlu jurnalist Yuliya Latınina müəllifi olduğu “Kod dostupa” verilişində Ermənistanın ünvanına ağır ifadələr işlədib. Azərbaycanın isə qüdrətli ölkəyə çevrildiyini deyib.

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının əsgərinin Gümrüdə bir erməni ailəsini güllələməsi hadisəsi ətrafında baş verənləri şərh edən Yuliya Latınina canlı yayımda Ermənistanın “Rusiyanın arxasınca it quyruğu kimi süründüyünü” deyib.

İnterxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, nüfuzlu rusiyalı şərhçinin yanvarın 17-də axşam efirə gedən verilişinin bu hissəsinin stenoqramını olduğu kimi təqdim edir:

“Axşamınız xeyir! Efirdə Yuliya Latıninadır. Ermənistan məsələsindən başlamaq istəyirəm. Mənim Ermənistanda nə baş verdiyinə dair bir neçə sualım var. Xatırladıram ki, bizim, Rusiyanın satelliti olan Ermənistan adında ölkə var. Üümumiyyətlə, bizim satellitlərimizi barmaqla saymaq olar, özü də çəkməni çıxarmadan və hətta sol əldən əlcəyi çıxarmadan. Bu, Cənubi Osetiyadır, hansı ki, biz onu HƏMAS-a çevirmişik; Abxaziyadır, hansı ki, situasiya tamamilə fəlakətlidir; Dnestryanı bölgədə də fəlakətli situasiya hökm sürür, budur, bizim böyük HƏMAS-a çevirdiyimiz Donbasda isə kifayət qədər anlaqsız lümpenlər ailələri güllələyir, mənzillərini və maşınlarını əllərindən alır. Bütün bunları güllələnənlərin “lənətlənmiş ukraynalı faşistlərdən müdafiə olunması” adı altında edirlər. Ancaq yeri gəlmişkən kimi güllələsələr dərhal onu Ukrayna faşisti elan edirlər. Beşincisi isə Ermənistandır. Ermənistan bizdən heç cür yaxa qurtara bilməz: ölkə hər cür azərbaycanlılardan fərqli olaraq Gömrük İttifaqına üzv olub, o cümlədən həmin Ukraynanın özündən fərqli olaraq. Aydındır nəyə görə. Çünki balaca və yoxsul Ermənistanın yanında qüdrətli və varlı Azərbaycan var.

Görürük ki, rollar son 20 ildə necə dəyişib, çünki hələ 20 il əvvəl Ermənistam qabaqcıl, daha inkişaf etmiş ölkə kimi görünürdü. Bütün bu 20 il ərzində Ermənistandan məhsuldar yaradıcı əhalinin böyük hissəsi qaçıb getdi. Azərbaycan isə əksinə, neftin və kifayət qədər ağıllı siyasətin sayəsində çox güclü inkişaf etdi və ayağa qalxdı. Və bu gün Ermənistan küncə sıxılıbsa təbii ki, Azərbaycanı Dağlıq Qarabağı geri qaytarmaqdan saxlayan yeganə səbəb var-Rusiyanın Ermənistana yardımı.

Və budur, bütün dövrlərdə bizim sadiq nökərimiz olan bu ölkə arxamızca itin quyruğu kimi sürünür... 12 yanvarda çağırışçı əsgər Valeri Permyakov Gümrüdə ya Avetisyanlar ailəsinin evinə girib, ya su içmək istəyib, ya güclü kayfda olub. Ya da hərbi bazada tamamilə bardak hökm sürür.

Və əgər bazanın əsgəri güclü kayfda olubsa görünür bu, bazanın ərazisində satılan yeganə kayfdır. Qısa desək o, bütün ailəni güllələyib. İki yaşlı uşağa gülləsi çatmadığından onu süngü-bıçaqla öldürüb. O, hərəkətini belə izah edib ki, adamların onu tanıyıb hərbi bazaya xəbər verəcəyindən qorxub. Yəni iki yaşlı uşaq da onu tanıyıb xəbər verərmiş. Və budur, gülləsi çatmayıb, süngü-bıçaqla doğramağı qərara alıb.

Evdə onun ayaqqabısını və paltarını tapıblar, ayaqqabıda isə müvafiq olaraq əsgərin familiyası yazılıbmış: “Permyakov”. Permyakovu bir sutka sonra Türkiyə ilə sərhəddə tutublar. Və bundan sonra finiş gəliir, çünki əsgəri məhkəmə üçün Ermənistan hakimiyyətinə vermək əvəzinə 102-ci bazanın komandanlığına təhvil veriblər.

Bundan sonra görünür Kremldə kimlərsə ayaqlarını erməni xalqına silməyi qərara alıb. Mən yeri gəlmişkən analoji vəziyyəti yada salıram. Podolsk ətrafında yol qəzası oldu: sürücü erməni idi və onu məhkəməyə qadın xalatında gətirdilər-o vaxt da xeyli adam hlak olmuşdu. Ancaq onda, bildiyiniz kimi, Rusiya ərazisində cinayət törətmiş həmin ermənini mühakimə olunmaq üçün Ermənistana vermədilər.

Lakin tamamilə aydındır ki, biz ayrıca götürülmüş sıravi Permyakovun şərəfini niyə qorumağı qərara almışıq. Bu fakt diqqəti ona yönəldir ki, biz özgə ölkənin ərazisində özümüzü hətta müstəmləkə ərazisində olduğu kimi deyil, erməni xalqı üçün ən təhqiramiz formada aparırıq. Üstəlik ona görə yox ki, belə eləmək olar. Ona görə ki, Kremlin beynəlxalq siyasətdə böyüklüyü ideyası belədir.

Nəticədə minlərlə nümayişçi Rusiya hərbi bazasını mühasirəyə aldı. Mənim iki sualım var. Aydındır ki, bu hadisəyə görə Ermənistanda kritik heç nə olası deyil. Çətin ki, orada Sərkisyanı aşıran maydan başlasın. Ancaq iki məsələ var. Bizə elə gəlir ki, Ermənistan çox uzaqdır. Doğrudanda uzaqdır, ancaq o, bizim döyüşdüyümüz “lənətlənmiş pindoslar” deyil, hər halda Zaqafqaziyadır. Kifayət qədər qaynar regiondur. Qonşuda isə Azərbaycan var, hansı ki, onunla münasibətlər də bizə vacibdir. İndi budur, Azərbaycan xalqı Ermənistanda baş verənləri sevincək baxır və deyir: “Görürsünüz, sizin ikinci sort müstəmləkəçiləriniz sizinlə necə davranır?”

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər