Ukrayna və Türkiyə, T929 "ATAK-II" zərbə helikopterləri üçün mühərriklər tədarük edəcəyi haqqında müqavilə imzalayıb. Rəsmi Ankaraya qarşı heç bir sanksiya və embarqo kimi problemləri olmayacağı səbəbindən seçim Ukrayna istehsalçısının üzərinə düşüb.
Ukraynanın "Ukrainskiy militarniy portal"ının məlumatına görə, bunu Türkiyə Aerokosmik Sənayesinin (Turkish Aerospace Industries - TAI) Baş direktoru Təməl Kotil bildirib.
Jurnalistlərin suallarını cavablandıran TAİ şirkətinin rəhbəri Ukraynanı "qardaş ölkə" adlandırıb və embarqo və sanksiyalar səbəbindən Ukrayna şirkətləri ilə problem olmayacağını qeyd edib.
Ukrayna aviaistehsalçısının lehinə seçim Türkiyənin alternativinin olmaması ilə izah olunur. Belə ki, Qərb şirkətləri ilə əməkdaşlıq növbəti geosiyasi problemlər üzündən hər an dayana bilər.
Bu, Türkiyənin "Altay" tankının güc qurğusu ilə əlaqədar artıq baş verib və bu səbəbdən də rəsmi Ankara gələcəkdə özünü bundan sığortalamaq istəyir.
T929 "ATAK-II" helikopterlərinin Ukrayna mühərrikləri ilə təchiz edilməsi planları haqqında ilk dəfə Türkiyə mətbuatı hələ 2021-ci ilin mart ayında məlumat verib.
Bu helikopterin kütləsi 11 tondur, 1,5 ton silah və sursat daşıya bilər. İki qaz turbinli mühərrik yüksək hündürlüklərdə olduğu kimi yüksək temperaturda da işləməyə imkan verir. T929 "ATAK-II" zərbə helikopterinin silahlanması aviasiya topundan, "hava-hava" və "hava-yer" sinif raketlərdən, həmçinin 70 mm-lik idarə olunmayan aviasiya raketlərindən ibarətdir.
T929 "ATAK-II" zərbə helikopterinin layihələndirilməsi 2019-cu ildə SSB ilə TAI arasında "Ağır Sınıf Taarruz Helikopteri" proqramı çərçivəsində müqavilə imzalanması sayəsində həyata keçirilir.
Yeni helikopterin bəzi texniki xassələri aşağıdakı kimidir:
- kütləsi - 11 ton;
- 2 qaz turbinli mühərrik;
- tandem kabina;
- isti iqlim şəraitində istifadə imkanı;
- ətraf mühit faktorlarına davamlılıq;
- radioelektron mübarizənin müasir imkanları.
TAİ şirkəti 2017-ci ildən bəri, T129 "ATAK" yüngül zərbə helikopteri ilə perspektivli ağır T929 "ATAK-II" arasında yer tutmalı olan 6 tonluq T629 "ATAK-II" zərbə helikopterini inkişaf etdirir. 2019-cu ildə şirkət layihəni müdafiə etmiş və helikopterin ilk uçuş modelini yığmağa başlamışdır. Keçirilən təqdimatda helikopter modeli "Roketsan" istehsalı "L-UMTAS" tank əleyhinə raket modelləri və 70 mm çaplı idarə olunmayan raketlərin buraxma qurğularının modelləri ilə də təchiz edilmişdir.
Qeyd etmək lazımdır ki, TAI artıq zərbə helikopterlərinin istehsalı və təkmilləşdirilməsində təcrübəyə sahibdir. Hazırda İtalyanın "Agusta" şirkətinin (indi AgustaWestland şirkətinin bölməsidir) Agusta A129 "Mangusta" helikopterinin lisenziyalı variantı olan T129 "ATAK" çoxməqsədli zərbə helikopterini Türkiyə Ordusu üçün istehsal edir.
T-129 "ATAK" zərbə helikopterinin əsas xassələri:
- maksimal uçuş sürəti - 278 km/saat;
- uçuş məsafəsi - 561 km;
- kreyser sürəti 269 km/saat;
- mühərrikin növü - LHTEC T800;
- ilk uçuş tarixi - 28 sentyabr 2009-cu il.
- silahlanması:
- 20x102 mm üç lüləli fırlanan 1 ədəd M197 topu;
- asqı nöqtələri - 4 ədəd;
- raketlər - maksimal 4 buraxma konteyneri:
- 38 ədəd 81 mm-lik idarə olunmayan raketlər;
- 7 ədəd 70 mm-lik idarə olunmayan raketlər;
- 8 ədəd AGM-114 Hellifire, BGM-71 TOW, Hydra 70,
Spike-ER, UMTAS, OMTAS tank əleyhinə raketlər, Sura D /
Snora "hava-hava" və "hava-yer" sinif raketlər;
- 12 ədəd Cirit raketi;
- 2 ədəd AIM-92 Stinger və ya Mistral və ya AIM-9
Sidewinder zenit raketi;
- 12,7 mm-lik pulemyot bölməsi.![]()
Siyasət
Ukrayna T929 "ATAK-II" zərbə helikopterləri üçün mühərrik təmin edəcək
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər