Siyasət
27.01.2015, 21:32
Millət vəkillərimiz ABŞ-a gedir
Deputatlar Atlantik Şuranın konfransında iştirak edəcəklər.
Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqlar.
millət vəkilləri yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Tədbirdə "Avropanın Şərqində transatlantik strategiyaya doğru" mövzusu ətrafında müzakirələr aparılacaq.
Toplantıda deputatlarımız məsələ barədə öz fikirlərini açıqlayacaqlar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay