Erməni diasporu İrəvandakı gərginliyin dərəcəsini artırır. Bu fikir beynəlxalq ekspertlər tərəfindən getdikcə daha çox səsləndirilir, həmçinin rusiyalı hərbi analitik İqor Korotçenko da öz “Teleqram” kanalında bu barədə yazıb.
Təəccüblüdür ki, artıq Ermənistanda da insanlar diasporun zərərli təsirindən danışmağa başlayıblar.
Bu barədə Ermənistanda dərc olunan “Hamatext” jurnalının redaktoru Karen Aqekyan da mütəmadi olaraq yazmaqdadır
“...Əsas baş ağrısı, əlbəttə ki, diaspor ilə əlaqəsi olan ermənilərdir. Ermənistan dövləti yox, məhz ermənilər. Buna görə də Ermənistan dövləti mütəmadi olaraq erməni “iddialarını” zərərsizləşdirməlidir”.
K. Aqekyan bu iddiaları “xarici müdaxilə” kimi qiymətləndirib.
ABŞ-ın “Karnegi Avropa Fondu” analitik mərkəzinin baş elmi əməkdaşı, ingilis politoloq Tomas de Vaal Media.Az-a verdiyi müsahibədə son vəziyyəti şərh edib.
Ermənistanda etirazlar səngimir və hətta erməni analitiklər, jurnalistlər “baş ağrısı” olan erməni diasporunun mənfi rolundan danışırlar.
Bəli, bunlar maraqlı açıqlamalardır. Ancaq sovet vaxtından başlayaraq Ermənistan ilə diaspor arasında həmişə ziddiyyətlər olub. Bu ziddiyyətlər bu günə qədər davam edir. Bəzi siyasiləşmiş diaspor nümayəndələri, xüsusilə daşnaklar, Türkiyə və Azərbaycana qarşı sərt mövqedədirlər. Ancaq bu insanlar Ermənistanda yaşamırlar, gündəlik problemlərlə qarşılaşmırlar. İndi Ermənistandan diasporunun bu cür tövsiyələrinə ehtiyac duymadıqlarına dair açıqlamalar verilməsi təəccüblü deyil. Əvvəllər bu fikirlər şəxsi söhbətlərdə ifadə edilirdi, indi artıq açıq səslənməyə başlayıb.
Belə fikir var ki, erməni diasporu Ermənistanı intiqam almağa çağırır, ölkə əhalisinin böyük əksəriyyəti isə döyüşmək istəmir. Siz bu barədə nə düşünürsünüz?
Bu, əlbəttə ki, ümumiləşdirmədir. Erməni diasporu müxtəlifdir, orada fərqli siyasi əhval-ruhiyyə var.
Ancaq ümumilikdə bunu, İsrail, İran və sair diasporlarda da müşahidə etmək olar – kənarda yaşayan insanlar həmişə yerli sakinlərdən daha sərt mövqenin tərəfdardırlar.
Bu, tam şəkildə Ermənistanda və Qarabağda yaşayan, real problemlərlə üzləşən ermənilərə aiddir. Ölkə xaricindən isə nə fikirlər istəsən yaymaq olar. Xaricdə yaşayan ermənilərin əsasən hadisələrə utopik baxışları var. Onlar keçmişlə yaşayır, eyni zamanda Ermənistanın necə olması barədə variantlar qururlar.
Erməni xalqı nə vaxt Azərbaycanla Ermənistan arasında sülhün gəldiyini başa düşəcək? Bu, əlbəttə ki, fəlsəfi sualdır. Ancaq, bununla belə...
Bilmirəm, bunu demək çətindir. Əlbəttə düşüncədə dəyişiklik baş verməlidir, bunun üçün isə vaxt lazımdır. Qarşılıqlı anlaşma çatmır. Ritorikanı dəyişdirməli, stereotipləri unutmalıyıq. Çözülməmiş bir çox məsələ var. Mən çox ümid edirəm ki, xalqlar arasında dialoq bərpa ediləcək. Əlbəttə ki, iqtisadi münasibətlər, ticarət, buna kömək edəcək. Qarşı addımlara ehtiyacımız var. Qarşılıqlı addımlar atmaq lazımdır.
Siyasət
Tomas de Vaal: “Erməni diasporu getdikcə reallıqdan və Ermənistandan uzaqlaşır” - MÜSAHİBƏ
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər
Əli Əsədov onu vəzifədən azad etdi
Siyasət
Putin Paşinyanı Moskvaya çağırdı - Peskov
Müsahibə
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
Siyasət
Avropalı müşavirlər də Kiyevə gəldilər
Texnologiya
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Siyasət
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
Siyasət
Tramp Ukraynaya xərclənən vəsaiti Avropadan tələb edəcək
Bölgə
Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - VİDEO
Siyasət
Bayramov İsveçin yeni səfiri ilə görüşdü
Son xəbərlər