Rusiya Dövlət Dumasının üzvü, “Vətən” partiyasının sədri Aleksey Juravlyov Qarabağın işğal altında olduğu illər ərzində Şuşadakı pravoslav kilsəsinin erməniləşdirilməsini, onun memarlıq üslubunun erməni tərzinə uyğunlaşdırılmasını rusofobiyanın təzahürü hesab edir.
Bu barədə “İnterfaks” məlumat verib.
“Rus kilsəsinin işğalı, mənəvi dəyərlərə hücum – bu rusofobiyanın ən bədnam və ən alçaq təzahürüdür. Azərbaycanın azad olunmuş ərazilərdəki səyləri hər cür hörmətə layiqdir”, - deyə deputat öz “Facebook” səhifəsində bildirib.
Qeyd edək ki, burada söhbət Şuşa şəhərindəki Müqəddəs İohan kilsəsindən gedir. Ermənistan tərəfi işğaldan sonra 1992-ci ildə onu erməni məbədi elan edib.
Rusiyalı parlamentari öz postuna kilsənin işğaldan əvvəl və sonra çəkilmiş fotoşəkillərini də əlavə edib. Fotoda kilsənin erməniləşdirilməsi məqsədilə edilmiş bir çox dəyişikliklər əyani şəkildə görünür.![]()
Kilsənin köhnə təsvirində onun XIX əsrdən etibarən erməni işğalınadək olan dövrdəki görkəmi və burada rus pravoslav kilsəsinə xas olan, eyni zamanda erməni dini memarlıq ənənələrilə ziddiyyət təşkil edən bir çox elemetlər – gümbəz və zəng qülləsi açıq-aydın şəkildə izlənilir. Məbədin nisbətən yeni fotosunda isə həmin gümbəzin “möcüzəli surətdə” yoxa çıxdığı və onun yerinə tipik erməni konusunun peyda olduğu görünür.
Əlbəttə ki, ermənilər bütün bu dəyişiklikləri Qarabağın heç zaman azad olunmayacağı və onların əməllərinin heç vaxt üzə çıxmayacağı düşüncəsilə ediblər.
Belə olan halda, A.Juravlyov tərəfindən dərc edilmiş fotolar faktiki olaraq Şuşadakı Müqəddəs İohan rus kisəsininin “oğurlanması” və onun qeyri-qanuni şəkildə tamamilə yeni “Xanaç jam” adıyla Erməni apostol kilsəsinə çevrilməsi üzrə erməni tərəfinə qarşı irəli sürülmüş bir ittihamdır.
Onu da bildirək ki, sözügedən postun sonunda rusiyalı millət vəkili Rizvan Hüseynovun bu hadisə ilə bağlı məqaləsinin linkini yerləşdirib.![]()
Siyasət
Rusiyalı deputat: “Şuşadakı rus kilsəsinin erməniləşdirilməsi rusofobiyanın ən bədnam təzahürüdür” - FOTO
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət