Azərbaycanla İtaliya arasındakı əlaqələr strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Prezident İlham Əliyevin fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən verilən bəyanatlar da iki ölkə arasındakı münasibətlərin dərinləşməsinin göstəricisidir.

Azərbaycanla İtaliya arasında əlaqələrin şaxələnməsinin bir neçə səbəbi var.

Birincisi, iqtisadi əlaqələrin tempindəki inkişafdır. Azərbaycanın ixrac indeksində İtaliya birinci yerdədir. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir.

İqtisadi əlaqələrin yeni fazası isə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının TAP boru kəməri ilə İtaliyaya çatdırılması ilə əlaqədardır.

2020-ci ilin noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra, kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılır. Bununla da Azərbaycanın iqtisadi cəhətdən Avropa coğrafiyasında üstünlükləri artır.

İkinci məqam isə bundan ibarətdir ki, İtaliya Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi müddətdə və Vətən müharibəsində istər siyasi rəhbərlik, istərsə də parlament səviyyəsində konstruktiv mövqe nümayiş etdirib.

Hər iki ölkə bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına daim hörmətlə yanaşıb.

Bu isə ikitərəfli əlaqələrə yeni nəfəs gətirib və münasibətlər özünün yeni mərhələsinə qədəm qoyub.

“İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmək istəyirəm. Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik. Həmçinin keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir”, - Prezident İlham Əliyev görüşdə belə deyib.

Birgə Bəyannamədə nə yazılıb?

“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə 2014-cü ilin iyulunda imzalanıb, dekabrında isə Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Roma şəhərində qəbul edilmiş Birgə Bəyannaməyə əsasən, iki ölkə arasındakı əməkdaşlıq sahələrinin dairəsi genişlənir.

Bu cür strateji tərəfdaşlıq sahələrdəki məqsədlərə nail olmaq üçün gücləndirilmiş əməkdaşlığı ehtiva edir.

Sənəddə müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlıq nəzərdə tutulur. Belə ki, ikitərəfli səviyyədə müdafiə və hərbi-texniki əməkdaşlığı gücləndirmək qarşıya hədəf qoyulur.

Avro-Atlantika zonası ilə bağlı məsələlər də daxil olmaqla, siyasi-hərbi məsələlər üzrə yüksək mülki və hərbi səviyyələrdə mütəmadi məsləhətləşmələr təsis etmək də müdafiə sahəsindəki əməkdaşlıqda prioritetdir.

İtaliya Azərbaycanı münbit investisiya mühiti kimi nəzərdən keçirir

Münasibətlərin müsbət ruhu İtaliya şirkətlərinin Azərbaycanda iştirak səviyyəsini də yüksəldir və İtaliya Azərbaycanı münbit investisiya mühiti kimi nəzərdən keçirir.

Bu zamana qədər İtaliya Azərbaycan iqtisadiyyatına 800 milyon dollara yaxın, Azərbaycandan isə İtaliyaya 1,7 milyard dollar investisiya yatırılıb.

Hazırda “Maire Tecnimont” şirkətinin Azərbaycanda 200 nəfərə yaxın əməkdaşı var.

“Biz Azərbaycanı doğma ölkə hesab edirik və işçi qüvvəsinin 72 faizini azərbaycanlılar təşkil edir. İlk vaxtlarda bizim heyət tamamilə italyanlardan ibarət idi, lakin tədricən heyətdə yerli əməkdaşların sayı artırıldı. Bu, daha bir vacib nailiyyətimizdir”, - bunu Prezident İlham Əliyevlə videoformatda görüş zamanı “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amato deyib.

“Biz təchizat zəncirimizdə getdikcə daha çox Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirik. Sonuncu layihədə bizim Azərbaycanda sərmayə baxımından iştirakımız 400 milyon avrodan artıq olmuşdur. Bu da daha bir vacib məsələdir. Bildiyiniz kimi, biz İtaliyanı xaricdə təbliğ edirik və Azərbaycanla bizim çox möhkəm münasibətlərimiz var”,-deyə o əlavə edib.

İtaliya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərində iştirak etməkdə də maraqlıdır.

Son xəbərlər

Putinin iqamətgahının ətrafına əlavə “Pantsir”lər quraşdırıldı

Səudiyyə Ərəbistanı "Şərq-Qərb" boru kəmərinin işini bərpa edib

İran əllərini tətikdən çəkməyəcək - Pezeşkian

Keşləni su basdı: Nazir müavini hadisə yerində - Video

SAXAL İranda 120 hədəfi atəşə tutub

ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirdi

Vilayət Eyvazov rəislərə tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

İslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər

Qurbanov ilk dəfə baş hakim kimi təyinat aldı

İran Hörmüzlə strateji qələbə qazandı

Ukrayna Pasxa atəşkəsinə hazırdır - Zelenski

Hakan Fidan Pakistan XİN başçısı ilə görüşdü

ABŞ əsgərlərini yandırmaq üçün gözləyirik - Qalibaf

İran İsrailin Modiin şəhərinə zərbələr endirdi

Husilərin lideri İsrail və ABŞ-ı hədələdi

Ərdoğan helikopter qəzasına görə başsağlığı verdi

AB İranla müharibə istəmir - Vever

Netanyahu Zelenski ilə danışıqlar üçün müraciət etdi

Münaqişəyə diplomatik yolla son qoymaq... – Bəqai

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

İranın yeni dini lideri bəlli oldu

Almaniya Azərbaycana təşəkkür etdi

İran üzr istədi və kapitulyasiya etdi - Tramp

Putin Xameneiyə görə başsağlığı verdi

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Suraxanı Rayon Yol Polisi İdarəsi fəaliyyətində müsbət dinamika: təhlükəsizlik göstəricilərində artım

Pezeşkian Papikyanla müzakirədə Azərbaycanı xatırlatdı

Hakan Fidan Rüstəm Umerovla görüşdü

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Rusiya diplomatiyanı deyil, zərbələri üstün tutur - Zelenski

Ukrayna Luqanskdakı neft bazasını vurdu

Tramp İranla bağlı bu fürsəti əldən verdi

İlham Əliyev Münhendə iclasda iştirak edir - Canlı

Bütün xəbərlər