Bu gün ABŞ-da baş verən və bütün dünyanın diqqət mərkəzində olan hadisələr rəsmi Vaşinqtonun uzun illər aşılamağa çalışdığı “demokratiya dərsi”nin əsl simasını bir daha göstərdi.

Əvvəlcə ABŞ-da bu gün baş verən hadisələrə diqqət yetirək. 2020-ci il noyabrın 3-də keçirilən prezident seçkilərinin nəticələrinə əsasən, Co Bayden 70 106 680 seçici səsi, Donald Tramp isə 67 356 298 səs qazanıb. Bununla Demokrat partiyasının nümayəndəsi növbəti dəfə ABŞ-da üstünlük qazanıb. Ancaq hazırkı prezident, Respublikaçıların nümayəndəsi Donald Tramp seçkilərdə saxtakarlıq olduğunu iddia edib. Tramp və onun qərargahı ABŞ Ali Məhkəməsinə müraciət edəcəklərini bildirib. Hazırkı prezidentin tərəfdarları Kapitoli binasına hücum edərək iclas zalına daxil olmağa çalışıblar. Bu zaman polislə etirazçılar arasında qarşıdurma yaşanıb və hüquq mühafizə orqanlarının əməkdaşları mülki əhaliyə qarşı odlu silahdan istifadə ediblər. Hadisə zamanı dörd nəfərin öldüyü təsdiqlənib.

Uzun illər ABŞ rəhbərliyi dünyaya “demokratiya dərsi” verərək, mülki insanlara atəş açmağın yolverilməz olduğunu deyirdilər.

Ancaq bəzi faktlara nəzər yetirək.

2003-cü ildən 2011-ci ilədək İraqda Səddam Hüseyn rejimini devirmək üçün ABŞ və onun müttəfiqləri bu ölkəyə hərbi kontingent göndərib. ABŞ 2003-cü ildə kütləvi qırğın silahlarının istehsalını bəhanə edərək bu ölkəyə hücum etdi. Bu hegemonçu qüvvə İraqda kütləvi qırğın silahlarını tapmasa da, 8 il müddətində bu ölkədə qaldı.

Dünyanın əksər mətbu orqanları 9 ildə İraqda öldürülən dinc insanların sayının yüz mindən bir qədər çox olduğunu bildirir. Amma bir sıra beynəlxalq araşdırmalar bu göstəricinin reallıqdan 10 dəfə az olduğunu açıq-aşkar göstərir. Dünyanın nüfuzlu həftəlik tibbi jurnalı – “The Lancet” qeyd edir ki, təkcə 2003-2006-cı illərdə ABŞ və müttəfiqlər 654 min iraqlını qətlə yetirib. Jurnalın ilk hesabatı 29 oktyabr 2004-cü ildə nəşr edilib. Həmin hesabatda 98 min (hesabatda deyilir ki, bu göstərici 194 minə qədər ola bilər) iraqlının öldüyü qeyd edilirdi. İkinci araşdırma 11 oktyabr 2006-cı ildə aparıldı. Bu dəfə 654 min (940 minə qədər ola bilər) iraqlının qətlə yetirildiyi sübut edildi.

Nüfuzlu “The Guardian” qəzeti isə İraqda həlak olanların sayı barədə daha dəhşətli faktlar ortaya qoyub. “Opinion Research Business” Mərkəzinə istinadla yayılan xəbərə görə, 2007-ci ilədək İraqda 1,2 milyon insan qətlə yetirilib. Həmçinin keçirilən sorğuların nəticələrinə görə, hər dörd iraqlıdan biri, Bağdadda isə hər iki iraqlıdan biri ailə üzvlərindən birini itirib. Təkcə dörd il ərzində 3,7 milyondan çox iraqlı ölkədən gedib. Həmçinin sorğu nəticələrinə görə, ölən iraqlıların 48%-i odlu silahla, 20%-i avtomobillərə yerləşdirilmiş bombaların partlaması nəticəsində, 9%-i də hava hücumları nəticəsində həyatını itirib.
İraqdakı əməliyyatlara bağlı mediada yayılan məlumatlarda ABŞ əsgərlərinin günahsız iraqlılara işgəncə verdiyi, qadınları və qızları zorladıqları öz əksini tapıb. Ancaq rəsmi Vaşinqton bu məsələləri həll etmək əvəzinə, görüntülərin yayılmasına rəğmən, dəfələrlə ittihamları rədd edib.

Digər maraqlı məqam ABŞ-ın Əfqanıstanda mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərlə bağlıdır. Beynəlxalq Arbitraj Məhkəməsinin hakimi Fatou Bensouda 2016-cı ildə verdiyi açıqlamada ABŞ hərbçilərinin və Mərkəzi Kəşfiyyat İdarəsinin müharibə cinayətləri törətməsinə dair dəlillərin olduğunu bildirmişdi:

“Əldə edilən məlumatlara görə, ABŞ Silahlı Qüvvələri və CİA üzvlərinin Əfqanıstanda müharibə cinayəti sayılan işgəncə, pis davranış, insanın şərəf və ləyaqətini alçaldan və zorlama kimi əməllər törətdiyi məlum olub”.

Bensouda bu kimi cinayətlərin Şərqi Avropa ölkələrində amerikalıların nəzarət etdiyi həbsxanalarda da qeydə alındığını vurğulayıb.

Bir neçə il öncə Əfqanıstanın informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın xüsusi qüvvələri Bəlx vilayətinin Çahar Bulk məntəqəsinin kəndlərindən birinə gecə hücum edərək, dəhşətli cinayətə əl atıblar. ABŞ ordusunun xüsusi qüvvələri kəndlilərin mənzillərinə soxularaq, axtarış apardıqdan sonra bu kənddə yaşayan 15 ailənin kişi və qadınlarını bir-birindən ayırıb və bir qrup qadına təcavüz ediblər. ABŞ hərbçilərinin komandanı bu cinayətdən sonra kənd əhalisinə xəbərdarlıq edib ki, əlaqədar orqanlara istənilən şikayət olunduğu təqdirdə bu cinayətlə yenidən üzləşəcəklər. ABŞ ordu rəhbərliyinin məsələyə etinasızlığı öz cinayətlərini davam etdirmək istəyən qüvvələrin həyasızlaşmasına səbəb olub. Qəndəharın Pəncvayi kəndində əhalinin kütləvi şəkildə qətlə yetirilməsi məhz bu dəhşətli cinayətlərdəndir. ABŞ hərbçisi Robert Bils kəndlilərə hücum edərək, onlardan 16 nəfəri qanına qəltan edib və onların cəsədlərini yandırıb. Bu hücum Əfqanıstan işğalı ərzində amerikalı hərbçilərin ən dəhşətli hücumu adlandırılıb.

ABŞ-ın və müttəfiqlərinin Suriyaya hücumlarında da oxşar məlumatlara rast gəlinir. Bundan başqa, ABŞ-da afroamerikalılara qarşı edilən cinayətlərin sayı günü-gündən artır. Qalmaqala səbəb olan belə cinayət ötən il mayın 25-də Minneapolisdə 46 yaşlı afroamerikalı Corc Floyda qarşı törədilib. Polis Floydu həsb edən zaman dizini onun boynuna sıxıb. Floyd dəfələrlə hüquq mühafizə orqanlarının əməkdaşlarına nəfəs ala bilmədiyini desə də, polis buna məhəl qoymayıb və nəticədə 46 yaşlı afroamerikalı ölüb. Bundan sonra ABŞ-da kütləvi etiraz aksiyaları başlayıb. Bu etiraz aksiyalarında polislə nümayişçilər arasında toqquşmalar baş verib və yüzlərlə insan saxlanılıb.

Qaradərili əhaliyə qarşı sərt davranış, onların polislər tərəfindən qətlə yetirilməsi və bununla əlaqədar geniş sosial etirazlar, insanların öz hüquqlarını müdafiə etmək və sərbəst şəkildə fikirlərini çatdırmaq hüququnun qarşısının sərt şəkildə alınması, etirazçılara qarşı şiddət tətbiqinin geniş miqyas alması antidemokratiyanın nümunələri kimi səciyyələndirilir.

Bütün bunlarla yanaşı, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi də birmənalı olmayıb. ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ üzrə həmsədrlərindən biri olan rəsmi Vaşinqton açıq şəkildə separatçıları dəstəkləməkdən belə çəkinməyib. ABŞ dəfələrlə müxtəlif adlarla Qarabağdakı separatçılara maliyyə yardımı ayırıb.

Bundan başqa, sentyabrın 27-də Ermənistan silahlı bölmələrinin hücumlarına qarşı Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başlayıb. 44 davam edən müharibə zamanı Ermənistan dəfələrlə Azərbaycanın mülki insanların yaşadığı məntəqələri raket və artilleriya atəşinə məruz qoyub. Bu hücumlar zamanı 94 mülki şəxs həlak olub. Bütün bunlara isə dünyaya “demokratiya dərsi” keçən ABŞ səssiz qalıb, hadisələri görməzdən gəlib.

Budəfəki seçkilərdə rəsmi Vaşinqton yeni metoddan istifadə etdi. ABŞ vətəndaşları seçkilərdə poçt vasitəsilə iştirak edə bildilər. Bu da seçkinin nəticələrinə təsir edən amil oldu. Seçkilərdən sonra Tramp bu metodun uğursuz alındığını və saxtakarlıqlara səbəb olduğunu etiraf edib.

İstər sabiq prezident B.Obamanın, istərsə də D.Trampın dövründə ABŞ-da mövcud durum demokratiyadan geri çəkilmə, insan hüquqlarının kobud şəkildə pozulmasının tendensiyaya çevrilməsi, polis qəddarlığı və s. kimi xarakterizə olunub. Hazırda ABŞ-da keçirilmiş son seçkilərin saxtalaşdırılması ilə bağlı D.Tarmpın və tərəfdarlarının iddiaları, hətta ölkə başçısı tərəfindən keçirilmiş seçkilərin üçüncü ölkələrin səviyyəsindən də aşağı olması barədə irəli sürdüyü fikir ekspertlər tərəfindən Amerika demokratiyasının artıq iflas həddində çatması kimi səciyyələndirilir. Bu günlərdə Amerika Konqresində baş verən hadisələr isə təkcə demokratiyanın böhranı kimi yox, həm də supergüc dövlətin əsaslarını sarsıdan hadisə kimi qiymətləndirilir. Təsadüfi deyil ki, dünya mediası ABŞ-la qeyri-stabil siyasi sistemə malik ölkələr arasında paralellər aparır.

Sonda qeyd edək ki, dəfələrlə Azərbaycanda keçirilən seçkilərdə “saxtakarlıqların” olduğunu iddia edən ABŞ indi öz çirkin ittihamlarının içində batıb.

Son xəbərlər

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Abadlaşan Suraxanı

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

Maqdalena Qrono Azərbaycana gəlir

Tramp da onun istefaya gedəcəyini söylədi

"Brent" markalı neft BAHALAŞDI

Türkiyədə iki bələdiyyə başçısı saxlanıldı

AB Ermənistanı öz orbitinə cəlb edir - Lavrov

ABŞ və İran arasında kritik görüşün yeri bəlli oldu

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Hakan Fidan Moskvaya gedir

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Tramp İrana qarşı əməliyyatın bərpasına işarə etdi

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Əli Əsədov yeni qərar imzaladı

Naxçıvanda Prezident nümayəndəliyinə 1-ci kateqoriya DÖVLƏT ORQANI statusu verilir

İran ABŞ ilə danışıqları dayandırır - SON QƏRAR

Qarabağda bu yol ödənişli oldu - Rəsmi

İsrail ordusu Livanda mühüm qalanı ələ keçirdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Rusiya Ermənistanı hədələdi: Ləğv edəcəyik!

Ərdoğan: "Türkiyə İranla bağlı istənilən razılaşmanın icrasına dəstək verməyə hazırdır"

KİV: ABŞ İran neftinə qoyulmuş sanksiyaları dayandırmaq öhdəliyi götürür

FIFA İran millisinin xahişini qəbul etdi

Bir neçə saat ərzində dünya yaxşı xəbərlər eşidəcək - Rubio

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

İsrailin müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırıldı

Bakıdan Tiflisə qatarla neçəyə getmək mümkün olacaq?

Sadır Japarov Azərbaycana gəldi

Ümumdünya Şəhərsalma Forumunun bayraqqaldırma mərasimi keçirilib - FOTO - VİDEO

Bütün xəbərlər