Perunun bir sıra nüfuzlu KİV-lərində (“Prensa 21”, “La Razon”, “Federación de Periodistas del Perú”) Azərbaycan tərəfinin verdiyi məlumatlara istinadən, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisi və hərbi mövqelərinə qarşı geniş miqyaslı hücum başlatması barədə məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, yazılarda bu hücumların mülki əhali və hərbi qulluqçular arasında itkilərə yol açdığı, dinc yaşayış məntəqələrinə ciddi ziyan dəydiyi, hərbi təcavüzün qarşısını almaq və mülki əhalini qorumaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə əks-hücum tədbirləri həyata keçirildiyi bildirilir.

Ermənistanın son dövrlərdə törətdiyi təxribatların davamı olan bu hərbi təcavüz aktının 1949-cu il Cenevrə Konvensiyaları və əlavə protokolları da daxil olmaqla beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərinin, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin kobud şəkildə pozulması olduğu qeyd edilir.

Məqalələrdə Ermənistan tərəfinin bu addımlarla danışıqlar prosesini tamamilə pozduğu və mövcud vəziyyətlə bağlı bütün məsuliyyətin bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanır.

Sonda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonda Ermənistan silahlı qüvvələrinin mövcudluğunun regionda sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığı qeyd olunur və beynəlxalq ictimaiyyətin Ermənistanın hərbi təcavüz aktını qınamalı olduğu, bu ölkənin özünün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsindəki öhdəliklərinə əməl etməsinə məcbur etməli olduğu və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına birmənalı dəstək verməli olduğu bildirilir.

Son xəbərlər

Heç kim onlara göstəriş verə bilməz! - Ərdoğan

Rusiya axşam saatlarında 5 PUA-nı məhv etdi

Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ

İsrail İordan çayının Qərb sahilində antiterror əməliyyatına başlayıb

Pentaqonun yeni rəhbərinin adı məlum olub

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Qəzada həlak olan ekipaj üzvləri ilə vida... - Fotolar

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzr istədi

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

Roma Papasının halı pisləşdi

"Hizbullah" lideri: "Suriyadan keçən hərbi təchizat xəttini itirdik"

Tramp ona da yüksək vəzifə verəcək

"Time" jurnalı Trampı "İlin adamı" elan etdi

Bütün xəbərlər