“Human Right Watch” və bu təşkilatın Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitson hər zaman ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv mövqeyi ilə tanınıb. Təşkilatın adı insan hüquqları olsa da, fəaliyyət tamamilə başqa olub. Yəni “Human Rights Watch” əks istiqamətdə fəaliyyət göstərib, özü insan hüquqlarını pozub, eyni məsələ üzrə ikili standartdan çıxış edib. Buna görə də, “Human Rights Watch”un hesabatları artıq ciddi qəbul olunmur. Həm də təkcə Azərbaycanda deyil, digər ölkələrdə də “insan haqlarını qoruyan” qurumun əsl niyyəti və fəaliyyəti artıq məlumdur. Elə bu yaxınlarda ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşri də eyni mövzunu işıqlandırıb. Belə ki, nəşr Azərbaycanda insan haqları sahəsində vəziyyəti müntəzəm olaraq kəskin tənqid edən, Nyu-Yorkda mənzillənmiş “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının işğal altında olan ərazilərdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşmasını tənqid edən məqalə dərc edib.

Məqalənin müəllifi ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki “Kohelet Policy Forum” mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviçdir (Eugene Kontorovich).

Müəllif yazır ki, İsrailin ünvanına ikiüzlü hücumlar geniş yayılıb, lakin “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitson bu hücumları yeni səviyyəyə çıxarıb. O, İsrailin İordan çayının qərb sahilində, işğal edilmiş Fələstin ərazilərində apardığı məskunlaşmanın ən sərt tənqidçilərindən biridir. Lakin digər yerlərdə xanım Uitson işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir.

Məqalədə deyilir ki, xanım Uitsonun qanunsuz məskunlaşmanı dəstəklədiyi ərazi Dağlıq Qarabağdır. Hansı ki, Ermənistan bu regionu üzücü müharibədə işğal edib və 1994-cü ildən bəri ətraf rayonlarla birlikdə işğal altında saxlayır. Həmin vaxtdan etibarən Ermənistan rəhbərliyi həmin rayonlarda məskunlaşmanı fəal şəkildə dəstəkləyir.

Corc Meyson Universitetinin professoru qeyd edir ki, erməni ailəsində anadan olmuş Uitson 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağda pultoplama kampaniyasının təşkilatçısı qismində çıxış edib. Həmin Uitson, eyni zamanda “Human Rights Watch” təşkilatının İsrailin İordan çayının Qərb sahillərindəki iqtisadi fəaliyyətinin boykot edilməsi kampaniyasına başçılıq edirdi. Habelə o, “Twitter”də Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir.

Bu ziddiyyətin səbəbləri barədə suala Uitson elektron poçtla belə cavab verib: “Mənim erməni diaspor təşkilatlarına şəxsi dəstəyim onların Ermənistanda xeyriyyəçilik və təşviqat fəaliyyəti, habelə erməni soyqırımının tanınmasına yönəlmiş təbliğat səyləri ilə bağlıdır”.

Lakin əslində, Uitson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilata dəstək verir. O, eyni zamanda, Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılmasını dəstəkləyir.

Qeyd edilənlərin hamısı xanım Uilsonun özünü insan haqları müdafiəçisi kimi göstərərək, əslində insan haqlarının ən böyük pozucusu olduğunu göstərir. Eyni zamanda, bu, onun eyni məsələyə ikili standartla yanaşmasının təzahürüdür. Belə olan halda isə nə Uitsonun, nə də ki təmsil olunduğu “Human Rights Watch”un hər hansı açıqlaması, hesabatı bundan sonra da obyektiv, doğru-düzgün qəbul edilə bilməz. Çünki öz yurd-yuvasından qovulan insanlara, işğal altındakı ərazilərə öz dövlətin məskunlaşdırma aparmasına göz yuman qurum heç vaxt insan haqları müdafiəçisi ola bilməz.

Son xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - YENİLƏNİB + FOTO/VİDEO

Hacıyev-Qriqoryan görüşü: Avropa İttifaqının etməli olduqları - ŞƏRH

Qarabağda lokal antiterror tədbirləri nəticəsində şəhid olan və yaralanan hərbçilərimizin sayı açıqlandı

Zidanın məşqçisi olmaq istədiyi komanda məlum olub

Türk dövlətlərinin diaspor gəncləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO

Türkiyə Prezidenti: “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və səmimi addımlar atmasını gözləyirik”

İlham Əliyev: “Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir

Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib - YENİLƏNİR - CANLI YAYIM

Şuşa gələn il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilə bilər

Fransa qoşunlarını Nigerdən çıxarır

Ərdoğan sabah Naxçıvana səfər edəcək

Sülh, qarşılıqlı anlaşma və hörmət - “Kaspi”nin TƏHLİLİ

Ceyhun Bayramov Antonio Quterreş ilə görüşəcək

Xankəndiyə doğru: Prosesin icrası - TƏHLİL

Türkiyənin müdafiə naziri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən danışıb

Çinin BMT-dəki rəsmisi: “Ermənistan və Azərbaycan arasında dialoq beynəlxalq sabitliyin maraqlarına uyğundur”

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb

Yaşar Güler Zakir Həsənovu təbrik edib

Əliyevin xalqa müraciəti: Azərbaycanın təkliflər paketi regional müstəvidə - TƏHLİL

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilir - YENİLƏNİB + FOTO/CANLI YAYIM

İlham Əliyev: “Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır

Prezident İlham Əliyev xalqa müraciət edəcək

Xarici İşlər Nazirliyində brifinq keçirilir - CANLI YAYIM

“Hraparak”: “Azərbaycan tərəfi Qarabağdakı separatçılara konkret siyahı təqdim edib”

Ermənilərin Qarabağda 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb, xeyli sayda qənimət ələ keçirilib - RƏSMİ

Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub

Ermənistanda sosial şəbəkələrdə zorakılıq çağırışları edən adama qarşı cinayət işi açılıb

Müdafiə Nazirliyinin Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı brifinqi - CANLI YAYIM

Polis Seymur Mahmudovla vida mərasimi keçirilir - FOTO

Azərbaycan Prezidentinin Administrasiyasından Qarabağda yaşayan erməni sakinlərə ÇAĞIRIŞ

Şoyqu İran Ordusunun Baş Qərargah rəisi ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

MN: Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir

Bütün xəbərlər