Professor Fikrət Sadıqov
Parlamentinsəsi informasiya agentliyi tərəfindən Professor Fikrət Sadıqov Şərəfli Ömür fəxri media mükafatına layiq görülüb. Buna görə biz də İnterxəbər informasiya agentliyi kollektivi olaraq Fikrət Sadıqovu təbrik edirik, ona möhkəm can sağlığı və bütün işlərində müvəffəqiyyətlər arzulayırıq.

Fikrət Məmməd oğlu Sadıqov 1940-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində fəhlə ailəsində anadan olmuşdur.1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1965–2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə — növbə rəisi, sex texnoloqu, istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis, 1981–1992-ci illərdə SSRİ kimya sənayesi nazirliyinin "Sumqayıt Kimya Sənaye" istehsalat birliyinin baş direktoru, 1992–2005-ci illərdə "Azərkimya" Dövlət Şirkətinin prezidenti işləmişdir. 1983–1990-cı illərdə Sumqayıt şəhər sovetinin, 1990-cı ildə Azərbaycan Respublikası Ali sovetinin, 1995–2000-ci ildə Milli Məclisin deputatı seçilmişdir.1987-ci ildə namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə edib texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə professor adına layiq görülmüşdür. 1990-cı ildə SSRİ Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirmişdir.1993-cü ildən Beynəlxalq Şərq Neft akademiyasının,1994-cü ildən Beynəlxalq Mühəndislər akademiyasının, 1995-ci ildən Beynəlxalq Ekoenergetika akademiyasının həqiqi üzvüdür.
Fikrət Sadıqovun rəhbərliyi ilə kimya sənayesində bir çox proseslər hazırlanıb, tətbiq edilmişdir.Epoksid qətranlarının istehsalının təkmilləşdirilməsi, kcl katalizatoru iştirakı ilə diqlisidid efirlərinin alınıb, onların epoksid qətranlarına çevrilməsində elmi işlər aparılmışdır. Epixlorhidrin istehsalında dixlorhidrin istehsalının yeni üsulu işlənib hazırlanmış və sənayedə tətbiq olunmuşdur. Səthi aktiv maddə olan alkilbenzolsulfanatın natrium duzunun istehsalında xlorparafinlərin benzolla alkilləşməsinin yeni mükəmməl texnologiyası tədqiq edilib, yeni texnologiya sənayedə tətbiq edilmişdir. Nəticədə milyon dollarla gəlir əldə edilmişdir. Pirolizin ağır qətranından naftalinin ayrılması texnologiyası işlənib hazırlanmış, sənayedə yoxlanmışdır. Etilenin benzolla alkilləşməsinin prinsipcə yeni texnologiyası işlənib hazırlanmış, sənayedə tətbiq olunmuşdur. Bu proses klassik metoddan fərqli olaraq 2,5 atm. təzyiqdə aparılıb, benzolun konversiyası yüksəlmiş, di-tri-poli alkilbenzolların çıxımı kəskin azalmışdır.
Onun rəhbərliyi ilə pirolizin maye məhsullarının doymamış karbohidrogenlərinin aliqomerləşməsi və benzolun ayrılması və yeni texnologiya ilə etilbenzol istehsalı prosesi hazırlanıb həyata keçirilmişdir. Hal hazırda F. Sadıqovun rəhbərlik etdiyi qrupda bu sahədə elmi işlər davam etdirilir. Onun rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanmışdır.170-dən çox elmi əsərin, o cümlədən 41 müəlliflik şəhadətnaməsinin, 35 patentin müəllifidir. 100-dən çox səmərələşdirici təklifi var. Dəfələrlə simpozium və konfranslarda çıxış etmişdir.

Son xəbərlər

Zelenski: "Rusiyanın neft emalı sənayesinə qarşı əməliyyat davam edir"

Azərbaycan müharibədə bizə kömək etdi - Pezeşkian

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Nikol Paşinyan İlham Əliyevə zəng edib

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Bütün xəbərlər