Böyük dağıntılara və çoxsaylı insan ölümünə səbəb olmuş zəlzələnin yaratdığı kədəri Türkiyə xalqı ilə birgə yaşayan dövlətimiz və xalqımız faciənin ilk saatlarından səfərbər olub.
Qardaş ölkə ilə dostluğumuzun və həmrəyliyimizin təcəssümü olaraq zərərçəkənlərə kömək etmək məqsədilə Türkiyəyə yollanan könüllü gənclərimiz təbii fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatyaya gedərək günbəgün fəaliyyət zonasını, həmçinin yerli əhali üçün göstərdikləri xidmətlərinin sahəsini genişləndirib, xüsusilə də təbii fəlakətin kəskin travmalar buraxdığı uşaqlara dəstək üçün müxtəlif xidmətlər həyata keçiriblər.
Öz qayğıkeşliyi ilə zəlzələ bölgəsindəki uşaqların sevimlisinə çevrilən Azərbaycan könüllüləri artıq iki həftəyə yaxındır ki, bu bölgələrdə yaşayan həssas vəziyyətdəki minlərlə uşağa xidmət edirlər. Belə ki, könüllülərimiz zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı keçirdikləri sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün hər gün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərir, eləcə də uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar və digər əyləncəli-maarifləndirici fəaliyyətlər təşkil edirlər. Həmçinin gənclərimiz tərəfindən “uşaq və ana mərkəzi” kimi fəaliyyət göstərən çadırlar qurulur və bu mərkəzdə uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün də şərait yaradılır.![]()
![]()
![]()
![]()
![]()
Müsahibə
Zəlzələdən zərər çəkən uşaqların sevimli dostları - Azərbaycan könüllüləri + FOTO
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət