Neftçala rayon sakini Əsgərov Bəxtiyar Ağabala oğlu 30 il əvvəl Xocalı rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.
“Report”un Aran bürosu xəbər verir ki, o, 1973-cü il iyunun 19-da Neftçala rayonunun Mirqurbanlı kəndində doğulub.
Səkkizinci sinfi kənd məktəbində bitirən B.Əsgərov daha sonra rayonda peşə məktəbində oxuyub. O, peşə məktəbində sürücü-traktorçu ixtisasına yiyələnib.
İtkin düşmüş şəxsin qardaşı Murad Əsgərov "Report"un yerli bürosuna bildirib ki, B.Əsgərov 1992-ci ilin sentyabrın 19-da Xocalının Fərrux yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib:
"Qardaşım 1991-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Bir il Udmurtiya Respublikasında hərbi xidmətdə oldu. Sonra doğma yurda qayıtdı və silaha sarılaraq Qarabağ savaşına yola düşdü. Ağdamda “Qatır Məmməd” adı ilə tanınan Yaqubun taborunda döyüşlərə qatıldı. Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə Bəxtiyarla birlikdə daha 11 nəfər iştirak edib. Deyilənlərə görə, qardaşım həmin döyüşlərdə düşmən tərəfindən əsir götürülüb. Həmçinin də qeyd edirlər ki, Bəxtiyar döyüşlərdə itkin düşür. Amma bu günə qədər hələ də onun haqqında tam məlumat yoxdur”.
M.Əsgərovun sözlərinə görə, 30 il keçməsinə baxmayaraq hələ də ümidlərini üzməyiblər: "Xüsusilə bu günlərdə Xocalı rayonunun Fərrux yüksəkliyində insan sümüklərinin tapılması bizim ümidlərimizi daha da artırıb".
Qeyd edək ki, şəhidin ailə üzvlərindən DNT analizi götürülüb.
Xatırladaq ki, Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonunun Fərrux kəndi və ətraf yüksəklikləri 2022-ci il mart ayının sonlarında Azərbaycanın tam nəzarətinə keçib. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya sülhməramlı qüvvələrinin nəzarətində idi. Ancaq qanunsuz erməni silahlı dəstələri 30 il əvvəlki kimi Fərruxdan Azərbaycan Ordusunun mövqelərinə atəş açmağa başlamışdı. Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib.
Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən insan meyitlərinin qalıqları aşkarlanıb.
Müsahibə
"Qardaşım 30 il əvvəl Fərruxda itkin düşüb"
Siyasət
Estoniya xarici işlər naziri Bakıya gəlir
Siyasət
İsraildə seçkinin nəticələri təsdiqləndi: Netanyahunun hökumət qurmaq üçün səsləri çatmır
Mədəniyyət
Zelenski Melaniya Trampı təltif etdi
Son xəbərlər
Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Siyasət
Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır
İqtisadiyyat
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Texnologiya
WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
İdman
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
Siyasət
İran xəbərdarlıq etdi: Avropaya zərbə endiriləcək!
İqtisadiyyat
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Son xəbərlər
Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi
Siyasət
Paşinyan: "Müxalifətin zaminlərin himayəsi altında fəaliyyəti siyasi fəlakətlə nəticələnəcək
Siyasət