Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.
“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Həsən Zahidov bildirib ki, İmişli şəhərində sahibkar kimi fəaliyyət göstərir.
O deyib ki, V.Hacıyevlə şəxsi tanışlığı olmayıb: "Rayonda tikinti işləri aparmaq istəyirdim. Əvvəlki icra başçısının dövründə icazə sənədim var idi. Arxitekturadan gəlib dedilər ki, tikinti dayandırılmalıdı. Lakin mən sərəncamı rayon icra hakimiyyətinin arxitektura şöbəsinin rəisi Nazim Rəsulova göstərdim. O dedi ki, başçıya pul vermək lazımdı. Mən də həmin şəxsə Vilyam Hacıyevə çatacaq olan 2 min manat verdim".
Daha sonra şahid qismində Teymur Quliyev dindirilib. O, rayonda xırda təsərrüfatının olduğunu deyib: "Atam xəstə olduğuna görə icra hakimiyyətinə maddi yardım kimi müraciət etdim. Orada da mənə baş mühasib Cəlil Musayev dedi ki, adıma 6 min 800 manat pul yazılacaq, lakin ondan cəmi 1000 manat kömək olunacaq. Mən də pulun hamısını çıxartdım. Sonra 1000 manatı özümə götürüb, qalanını isə Cəmilə verdim".
Şahid Xəyyam Məmmədovun sözlərinə görə, İmişli RİH-nə sosial vəziyyətinin aşağı olması səbəbindən müraciət edib: "Mənə maliyyə şöbəsində 7 min manat pula qol çəkdirdilər. Mən də həmin pulu bankdan çıxarıb, 200 manatı özümə götürüb, qalanını isə onlara qaytardım".
Məhkəmə davam edir.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Müsahibə
"Tikinti üçün Vilyam Hacıyevə 2 min manat rüşvət verdim"
Siyasət
Estoniya xarici işlər naziri Bakıya gəlir
Siyasət
İsraildə seçkinin nəticələri təsdiqləndi: Netanyahunun hökumət qurmaq üçün səsləri çatmır
Mədəniyyət
Zelenski Melaniya Trampı təltif etdi
Son xəbərlər
Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Siyasət
Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır
İqtisadiyyat
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Texnologiya
WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
İdman
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
Siyasət
İran xəbərdarlıq etdi: Avropaya zərbə endiriləcək!
İqtisadiyyat
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Son xəbərlər
Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi
Siyasət
Paşinyan: "Müxalifətin zaminlərin himayəsi altında fəaliyyəti siyasi fəlakətlə nəticələnəcək
Siyasət