"İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsinin həm iki ölkənin münasibətləri, həm Qafqaz regionu, həm də bütün türk dünyası üçün çox vacib məsələ olduğunu düşünürəm. İki ölkə arasında münasibətlər artıq NATO-nun 5-ci maddəsində öz əksini tapan "kollektiv müdafiə" prinsipləri əsasında qurulmuş oldu".
Bunu "Report"a açıqlamasında Dünya Türk Forumunun sədri Süleyman Şensoy bildirib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi ilə yeni bir model ortaya qoyuldu: "Türkiyə prezidenti tərəfindən Milli Məclisdə dilə gətirilən Rusiya və Ermənistan da daxil olmaqla 6 ölkənin daxil olduğu regional əməkdaşlıq platformasının qurulması bu yeni modelin səciyyəvi xüsusiyyətləri barədə fikir formalaşdırır. Nəzərə almaq lazımdır ki, bu bəyannamə həm ikitərəfli, həm də çoxtərəfli mesajları olan bir sənəddir. Daha da önəmlisi Türk Şurasının fəaliyyət sferasını da genişlədəcəyini düşünürəm. Digər tərəfdən, bəyannamənin mətni çox əhatəlidir və başqa dövlətlərin də rahatlıqla qoşula biləcəyi formadadır".
S.Şensoy deyib ki, Şuşa ikitərəfli, çoxtərəfli və universal ölçüdə yeniliklərə zəmin yaradan bəyannaməyə ev sahibliyi etdi: "Şuşa Azərbaycan, Türkiyə və bütün türk dünyası üçün də əhəmiyyətlidir. Təbii ki, bu prosesin uğurlu şəkildə davam etməsi üçün Türkiyə və Azərbaycan rəhbərliklərinin çox diqqətli olması lazımdır. Xüsusilə "Zəngəzur dəhlizi" layihəsinin həyata keçirilməsi bəyannamənin ilk və ən önəmli imtahanıdır. Zəngəzur dəhlizi həmçinin iqtisadi baxımdan bölgə üçün vacib məsələdir".
Süleyman Şensoy: "Şuşa Bəyannaməsi çoxtərəfli mesajları olan bir sənəddir"
Siyasət
Lavrov Sani ilə Yaxın Şərqdəki gərginlikdən danışdı
Siyasət
Ərdoğanla Tasulasın görüşü başa çatdı
Son xəbərlər
Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq?
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Siyasət
Ermənistanın KTMT-dəki gələcəyi məlum oldu
Son xəbərlər
İlham Əliyevdən Əli Əsədovla bağlı sərəncam
İqtisadiyyat
Azərbaycanda yükdaşıma ilə bağlı yeni cərimə
Hadisə
ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib
Son xəbərlər
Nəsimi Musayevin həbs müddəti uzadıldı
İdman
Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək
Siyasət
Ukrayna münaqişəsi ilə bağlı konsepsiya hazırlamışıq - Kuşner
İqtisadiyyat
Aİ Şurası Ukraynaya 45 milyard avro ayrılması ilə bağlı qərar qəbul edib
İqtisadiyyat
Tramp fond bazarındakı kəskin enişə görə demokratları günahlandırıb
Siyasət
Rusiya Zelenski ilə danışıqlar aparır? - Uşakov
İqtisadiyyat