Şuşa şəhərində təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 9-da Cıdır düzündə konsert proqramı təqdim olunub.
"İnterxəbər" xəbər verir ki, konsert proqramında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin təqdimatında bir-birindən maraqlı ifaları dinlənilib.
Konsert çərçivəsində incəsənət ustaları təmsil etdikləri ölkə və regionun musiqi mədəniyyətini tamaşaçılara təqdim ediblər.
Konsertdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistandan olan musiqi kollektivlərinin və ifaçıların çıxışları maraqla qarşılanıb.
Sonda Türk dünyasının solistləri birlikdə “Qarabağ” kompozisiyasını ifa ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı mayın 11-dək davam edəcək. Festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Mədəniyyət
Cıdır düzündə “Xarıbülbül” festivalının açılış konserti olub - FOTO
Siyasət
Ukrayna ilə bağlı danışıqlar bu tarixdə keçiriləcək - Tusk
Müsahibə
Avropa istəsə, qaz tədarükünü bərpa edərik - Novak
Siyasət
Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"
Siyasət
Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq
İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Müsahibə
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
Siyasət
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
Hadisə
Moskvanın bütün hava limanları bağlandı
Son xəbərlər
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
Siyasət
Zelenski: Rusiya bir həftədə Ukraynaya 1 600 bomba və 48 raket atıb
Son xəbərlər
Fransada genişmiqyaslı iğtişaşlar: 1 300-dən çox saxlanılan və 53 yaralı polis var
Siyasət
Pedro Sançes: İnflyasiyanın əsas səbəbi İrandakı müharibədir
İqtisadiyyat
Avropaya tədarükdən heç vaxt imtina etməmişik - Putin
Hadisə
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Son xəbərlər