Aprelin 26-da Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri - Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisinin açılışı olacaq.

Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri, eləcə də “canlı kətanlar”ı xatırladan multimedia yer alacaq. Heydər Əliyev Mərkəzində nümayiş olunacaq əsərlər dünyada Salvador Dalinin orijinal işlərindən ibarət ən böyük kolleksiyalardan biridir. Bu unikal layihə ziyarətçiləri rəssamın dünyasına aparacaq. Həmin obrazların “canlanacağı” multimedia zonası Salvador Dali dünyasını daha dərindən hiss etdirəcək.

Azərbaycanın “Synergy Partnership” şirkəti və Rusiyanın tanınmış “PS Gallery” qalereyasının təşəbbüsü ilə keçirilən sərginin əlamətdar hissəsindən biri də şüşədən hazırlanan sürrealist obyektlərin və rəssamın orijinal fotolarının nümayişi olacaq. Dalinin ifasında olan hər bir əsər təkcə qrafika sənətinin şah əsəri, yeniliyin təzahürü və təkrarolunmaz müəllif yanaşması deyil, həm də bütöv bir hekayədir.

Qeyd edək ki, vaxtı ilə Dali İtaliya hökumətindən Dante Aligyerinin məşhur “İlahi komediya”sına illüstrasiyalar üçün sifariş almışdı. İtalyan şairin əsərinə illüstrasiyanın ispaniyalı rəssam tərəfindən qələmə alınacağından xəbər tutan İtaliya cəmiyyəti buna etiraz etdiyindən sifariş sonradan ləğv olunmuşdu. Lakin uşaqlıqdan Dante əsərlərinin vurğunu olan Dali işini dayandırmır. Həmin iş 10 il ərzində davam edir və bu müddətdə rəssam 3500 nümunə yaradır, bu isə öz növbəsində qeyri-adi rəsm effektinə nail olmağa imkan verir. Unikal istedada malik Salvador Dalinin dünyaya baxışı fərqli olub, məkan, forma və rənglə eksperimentləri sevib. Dalinin yaratdığı əsərlər sürrealizm üslubundadır, rəssamın özü isə incəsənətin bu istiqamətinin ən parlaq və tanınmış nümayəndələrindən biridir. Salvador Dalinin əsərləri dünyanın ən böyük muzeylərində saxlanılaraq sürrealizmin klassikası sayılır. Rəssamın əsərləri insanların incəsənətə baxışını dəyişərək öz daxili hisslərinə köklənməyə sövq edir.

“Sürrealizm mənəm” sərgisinin Bakıda Heydər Əliyev Mərkəzində açılışının ilin əlamətdar mədəniyyət hadisəsi, incəsənətsevərlər üçün isə əsl hədiyyə olacağı şübhə doğurmur.

Sərgi aprelin 27-dən oktyabrın 8-dək ictimaiyyət üçün açıq olacaq. Biletləri aprelin 27-dən etibarən Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.

Son xəbərlər

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Çinlə yaxşı razılaşma əldə edə bilərik - Tramp

Kremldən Putin-Tramp görüşü ilə bağlı açıqlama

Tramp Si Cinpinlə görüş planlarını açıqlayıb

Azərbaycan neftinin qiyməti artıb

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Gold Residence MMC – Etibarlılığın, Keyfiyyətin və Müasir Yaşayışın Simvolu

İlham Əliyevin "Kazinform"a müsahibəsi - Tam mətn

Türkiyə XİN Azərbaycanı təbrik etdi

O, şan-söhrət axtarmır, hər dəfə yanımda olub - Tramp

Sumqayıtda Yeni Avtobus Xətləri:

Ərdoğan Qəzzaya gedəcək

İsraildə həbs edilən azərbaycanlılar azad olundu

Tanınmış Vəkil Yeni Direktor Oldu

Paşinyan Azərbaycanı təbrik etdi

Ərdoğan Qəbələyə gəldi, Əmrullayev qarşıladı - Foto

Asayişin Keşiyində dayananlar

Viktor Orban Azərbaycana gəlir

Rusiyanın Xəzərə doğru üzən gəmisi məhv edildi

Nobel almamaq ABŞ üçün təhqir olar – Tramp

Avropanın "dron divarı" Macarıstana görə baş tutmaya bilər

Lukaşenko yaşlı adamdır, öz dünyasında yaşayır - Zelenski

Bayramov Rubionun ev sahibliyi etdiyi tədbirdə - Foto

Prezident və ailəsi Nyu Yorkda - Foto

Pezeşkian ABŞ-a gedir

İsrail 36-cı diviziyanı Qəzzaya yeritdi

Naxçıvanda müəllimə məktəb direktorunu döydü

Pezeşkianın Ərdoğanla səmimi görüşü onları dəli etdi

İran geosiyasi dəyişikliklərə niyə dözümsüz yanaşır?

Onlar bunu qəbul etsə də, etməsə də... - Ərdoğan

Ceyhun Bayramov Qətərə getdi

Tramp siyasi fəal Kirkin qətlindən sonra məmurları qorumaq üçün əlavə vəsait istəyir

Bütün xəbərlər