Zaman keçdikcə Şuşa qalası böyüyüb inkişaf etdikcə onun ərazisində əhali sıxlaşır və tədricən məhəllələr əmələ gəlirdi. Yeni məhəllələrin adları orada yaşayan əhalinin ictimai vəziyyəti, məşğul olduqları peşə və sənət sahələri ilə əlaqədar idi. Hər məhəllə onun yerləşdiyi sahənin xüsusiyyətinə, orada yaşayan əhalinin milli mənsubiyyətinə, əhalinin haradan köçüb gəldiyinə, yerin adına və məhəllə sakinlərinin mənsub olduğu dini təriqətə görə adlanırdı.

Bu fikirlər Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyevin “Şuşanın məhəllələri” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Şuşa qalasında salınan ilk məhəllə “Çuxur məhəllə” olub. Çuxur sözünün mənası “dərinlik”, “aşağı çökmüş”, “oyulmuş sahə”, “çala” deməkdir. Yerin yaşayış üçün əlverişli olduğunu və hərbi baxımdan strateji əhəmiyyətini görən Pənahəli xan Cavanşir qalanın bünövrəsini burda qoymuşdu. O, əvvəlcə dairəvi və düzbucaqlı bürclər, müşahidə məntəqələri, xəbərdarlıq qalacıqları, atəş nöqtələri olan möhkəm və qalın divarlı hasarlar, ilkin olaraq özü, qardaşı, övladları üçün imarətlər ucaltmışdı. Sonralar xanın qohum-əqrabaları da burda bir-birinə yaxın ikimərtəbəli evlər tikdiriblər.

Şəhərin aşağı hissəsində yerləşən bu məhəllə coğrafi cəhətdən tutduğu mövqeyə görə həmin yerin adını götürüb və Şuşanın tarixinə “Çuxur məhəllə” kimi daxil olub.

“Köçərli” Şuşanın şimal-qərbində qədim məhəllədir. XVIII əsrin ortalarında Cavanşır mahalının Köçərli kəndindən köçüb gəlmiş Məhəmməd adlı (Firidun bəy Köçərlinin ulu babası) bir nəfər burda kök salıb, sonralar onun övladları köçərlilər kimi tanınıb və yaşadıqları məhəllə də ”Köçərli” adlandırılıb.

Qədim məhəllələrdən olan “Qurdların” ilk və əsas sakinləri Aşağı Qarabağdan köçüb gəlmişlər. XVIII əsrin axırlarında Cənubi Azərbaycan xanlıqlarının və Quba xanlığının aramsız basqınları nəticəsində həmin kəndlərin sakinlərinin bir hissəsi Şuşaya pənah aparıb, bir yerdə məskunlaşaraq öz kəndlərinin adını yaşadıqları məhəllənin adında əks etdiriblər.

“Quyuluq” şəhərin şərq hissəsində yerləşən məhəllədir, əvvəllər təpəlik olmuşdur. Təpəliyin yerində vaxtilə hamam vardı, Sonralar ora zibil və peyinlə basdırılıb və təpəlik əmələ gəlib. Ona görə də həmin məhəllənin adı xalq arasında “Quyuluq” kimi qalıb.

“Hacı Yusifli məhəlləsi” - burada ilk evi Qarabağın sayılıb-seçilən şəxsiyyətlərindən və şəhərin ilk sakinlərindən olan divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu tikdirib, qohum-əqrəbasını yanına toplayıb. Məhəllədə yaşayanların əksəriyyəti Hacı Yusif ağanın nəslindən olduğu üçün onlara “Hacı Yusiflilər” deyirdilər. Elə o vaxtdan da məhəllənin adı onun ilk sakinin və yaradıcısının adı ilə “Hacı Yusifli” adlandırılıb.

“Dəmirçilər məhəlləsinin” ilk sakinləri türkdilli Dəmirçilər tayfasından olmuşdur. Mir Mehdi Xəzaninin yazdığına görə, dəmirçiləri Qarabağa Şuşa qalasını tikərkən Türkiyənin Qars şəhərindən Pənahəli xan Cavanşır gətirib, xanlığın müxtəlif yerlərində, o cümlədən Pənahabadda kompakt şəkildə məskunlaşdırılıblar. Onların yaşadıqları məhəllə isə öz adları ilə “Dəmirçilər” adlandırılıb.

Şəhərin qədim məhəllələrindən olan “Saatlının” ilk sakinləri türkdilli Saatlı tayfasından olub. Əvvəllər saatlılar Arpaçayın aşağı axarı və Arazın sağ sahillərində yaşayıb, XV əsin 30-cu illərində ayrımlarla qarışaraq Qazax zonasında kök salıblar. 1795- 1797-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumları ilə əlaqədar olaraq onların bir hissəsi Qarabağa köçüb, bir çox yerlərdə, o cümlədən Şuşa şəhərində də məskunlaşıblar. Yaşadıqları məhəllə isə öz adları ilə “Saatlı” adlandırılıb.

Şuşada salınmış sonuncu məhəllə “Çöl qaladır”. Bu məhəllənin sakinləri qala divarları tikilib başa çatandan sonra köçüb gəldiklərinə və qaladan kənarda məskunlaşdıqlarına görə şəhər əhalisi onları “çöl qalalı”, yəni “qalanın çölündə yaşayanlar” adlandırıb və həmin vaxtdan da məhəllə bu adla tanınıb. Şuşanın xeyriyyəçi şəxsiyyətlərindən olan Hacı Nəsir Rza oğlu 1889-cu ildə həmin məhəllədə bulaq tikdirib.

“Culfalar məhəlləsi”nin böyük bir hissəsi, əsasən culfaçılıq sənəti ilə, yəni bez istehsalı ilə məşğul olur, əl dəzgahlarında pambıq parçalar toxuyur, müxtəlif geyin numunələri hazırlayırdılar. Bu sənətlə məşğul olanlara “culfalılar” deyilirdi və onların yaşadıqları məhəllə isə “Culfalar”adlanırdı.

Şuşanın ilk məhəllələrindən olan “Hacılının” sakinləri əsasən indiki Füzuli rayonunun Hacılı kəndidən köçüb gəlmişdilər. Sonralar Şuşa qalasının qalabəyisi Məhəmmədxan bəy kənddən bir neçə ailə də gətirib burada məskunlaşdırıb. Həmin məhəllənin sakinlərinin şəhərin tikilməsində və inkişafında mühüm xidmətləri olub. Daha sonralar “Hacılı məhəlləsi” “Merdinli məhəlləsi” ilə birləşib və onun adı camaatın dilindən silinib.

“Ayaqyalın qurdlar”, yaxud “Lütlər” “Qurdlar məhəlləsi”nin bir hissəsidir. Şəhərin ək kasıb məhəlləsi idi. Burda, əsasən, yoxsul təbəqə kustar üsulla gön-dəri istehsal edən dabbaqlar yaşayırdı. Onlar dərini ayaqyalın tapdaladıqlarına görə də məhəllə ”Ayaqyalınlar”, yaxud “Ayaqyalın qurdlar” adlanırdı.

Şuşa qalasının mərkəzi və iri məhəllələrindən olan “Merdinli”nin əsas əhalisi Cavanşir-Dizaq mahalından Merdinli, Dədəli, Yağlavənd, Seyidmahmudlu, Zərgər, Qaraxanbəyli, Hacılı və s. kənd və obalardan gəlmədir. Say etibarı ilə ən çoxu Merdinlidən olduqları üçün onların məskunlaşıb yaşadıqları məhəllə də həmin kəndin adı ilə adlandırılıb.

Şuşanın qədim və ilk məhəllələrindən biri də “Hamamqabağıdır”. Qala şəhər kimi inkişaf etməyə başlayan vaxt Şərq mədəniyyətinin rəmzlərindən olan hamam binasını İbrahimxəlil xanın əmisi oğlu Əbdüssəməd bəy Cavanşir tikdirmişdi. Şəhər böyüdükcə də bu hamamın ətrafında, xüsusən də qarşısında çoxlu yaşayış evləri tikilmiş və böyük bir məhəllə yaranmışdı. Ona görə də burada yaşayan əhali öz yaşayış yerlərinə həmin adi vermişdi.

XIX əsrin əvvəllərində Şuşanın ən hündür nöqtəsində yaranıb formalaşan “Ağadədəli məhəlləsi” öz adını Ağa adlı bir nəfərin adından alıb. Buranın ilk sakinləri Qarabağın Dədəli kəndindən idi. Həmin məhəllədə əsasən İbrahimxəlil xanın nəvəsi, general-mayor və şair Cəfərqulu an Cavanşirə - Nəvaya məxsus rəiyyət yaşayırdı.

“Mamayi məhəlləsi”nin əsas əhalisi XVIII əsrin son illərində Qarabağın Dəmirçihəsənli mahalının Mamayi və Xocavənd obalarından köçüb-gəlmiş, Şuşada məhəllə salaraq kompakt halında yaşamışdır. Say etibarı ilə xocavəndlilər az olduğuna görə onlar mamayilərə qarışaraq özlərinə ayrıca məhəllə yarada bilməyiblər. Mamayilər isə saldıqları məhəlləni öz obalarının adı ilə adlandırıblar.

“Çuxur məhəllə” salınıb formalaşandan sonra şəhərdə yaranan ən qədim məhəllələrindən biri də “Xanlıq aradır”. Əvvəlki adı “Mir” olub, lakin Qarabağ xanlarının imarətlərinin lap yaxınlığında yerləşdiyi üçün sonralar məhəllənin adı dəyişdirilərək el arasında “Xanlıq ara” adlandırılıb. Vaxt keçdikcə məhəllənin kiçik ərazisi “Çuxur məhəllə”yə qarışıb və bu ad yavaş-yavaş unudulub.

Şuşanın qədim və kiçik məhəllələrindən biri də “Keştazlı məhəlləsi”dir. XVIII əsrin ikinci yarısında Qarabağın Keştasf nahiyəsindən bir oba Cavanşir mahalında məskunlaşmışdı. İbrahimxəlil xanın dövründə həmin obadan bir neçə ailə Şuşa qalasına köçürülmüşdü və onların yerləşdiyi məhəllə “Keştazlı” adlandırılırdı. XIX əsrin axırlarında bu məhəllə qonşu, daha iri məhəllələrə qarışdığından adı tarix səhifəsindən silinib.

Əsasən sənətkar və tacirlərin yaşadığı məhəllə “Təbrizli” adlanırdı, ilk sakinləri Pənahəli xan Cavanşırın dövründə Ərdəbil, Zəncan, əksəriyyəti isə Təbrizdən gətirilmiş, əvvəlcə Bayat, sonra Şahbulaq, daha sonra Şuşa qalalarıında məskunlaşdırılmışdı. XVIII əsrin 80-ci illərində İbrahimxəlil xanın özünün yaxın müttəfiqi, Xoy hakimi Əhməd xanla birlikdə Təbriz üzərinə yürüş edərək oranı tutmuş, şəhəri öz aralarında bölüşdürmüşdülər. O, qardaşı oğlu Əsədulla bəyi Təbriz xanlığının hakimi təyin etdikdən sonra oradan xeyli seçmə sənətkar və tacir ailəsini gətirib həmin məhəllədə yerləşdirmişdi. Sonralar burda İranın Qaradağ mahalından, Naxçıvan, Şirvan və başqa yerlərdən gələnlər də məskunlaşmışdılar.

“Təbrizli məhəlləsi”nin camaatı həm xanlıq, həm də rus hakimiyyəti dövründə azad icma olmuş və dövlətə vergi vermişlər. XIX əsrin axırlarında məhəllənin bir hissəsi “Ağadədəli”, bir hissəsi isə “Xocamircanlı məhəlləsi”nə qarışmışdır.

Kiçik məhəllələrdən biri olan “Qazançılı” şəhərin yuxarı hissəsində yerləşirdi. Buranın əsas əhalisi XVIII əsrin ikinci yarısında İbrahimxəlil xan tərəfindən Ordubadın Qazançı kəndindən gətirilərək kompakt şəkildə Qalada yerləşdirilib və onların məskunlaşdıqları məhəllə “Qazançılı” adlandırılıb.

Şəhərin əsas məhəllələrindən olan “Əylislinin” əsas sakinləri Ordubad ərazisindən - qədim sənətkarlıq və ticarət mərkəzi olan Əylis kəndindən idilər. XVIII əsrin ortalarında İran-Türkiyə müharibələri nəticəsində kənd dağıdılmış, əhalisi pərən-pərən düşmüşdü. İbrahimxəlil xan kəndin didərgin düşmüş əhalisindən bir hissəsini bir yerə toplayıb Şuşaya gətirərək burada məskunlaşdırıb. Yığcam halda yaşadıqları üçün öz məhəllələrini gəldikləri yerin adı ilə “Əylisli” adlandırıblar.

Son xəbərlər

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Bütün xəbərlər