Meksikanın nüfuzlu KİV-lərindən olan “ContraReplica” və “Valija Diplomática” qəzetlərində tanınmış meksikalı jurnalist Federiko Lamontun işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərin təəssüratları barədə “Şuşa – Azərbaycanın azadlıq simvolu” və “Qarabağ odlar diyarı Azərbaycanındır” başlıqlı məqalələri dərc olunub.
Cəbrayıl, Fizuli, Gəncə, Ağdam və Şuşa şəhərlərində səfərdə olan jurnalist yazılarında ilk olaraq, Şuşanın hərbi-strateji əhəmiyyətindən, habelə ölkəmiz üçün daşıdığı tarixi, mədəni və rəmzi önəmdən danışır və Şuşa şəhərinin işğaldan azad edilməsinin Azərbaycanın ərazi bütövlüyünün bərpasının simvoluna çevrildiyini qeyd edir.
Sonra 44 günlük müharibə zamanı Ermənistanın mülki azərbaycanlıları hədəf alaraq hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən Gəncə şəhərinə gecə saatlarında raket zərbələri endirdiyi, bu zaman qadınlar və uşaqlar da daxil olmaqla onlarla mülki insanın həlak olduğu, yüzlərlə insanınsa yaralandığı bildirilir.
Məqalələrdə Cəbrayıl və Ağdam şəhərlərinin müstəsna erməni vandalizminə məruz qaldığı və buradakı yaşayış infrastrukturu və tarixi-mədəni abidələrin tamamilə darmadağın edildiyi məlumat verilir. Ötən ilin 10 noyabr tarixində əldə olunan atəşkəs razılaşmasından bu günədək yüzlərlə hərbi və mülki azərbaycanlının erməni silahlı qüvvələrinin illər ərzində bu ərazilərdə basdırdığı minaların partlaması səbəbindən həyatını itirdiyi bildirilir.
Bu xüsusda azərbaycanlı KİV işçilərinin də iyun ayının əvvəlində Kəlbəcər rayonunun Susuzluq kəndində həmin minaların qurbanına çevrildiyi qeyd olunur və Ermənistanın 30 ilə yaxın dövr ərzində BMT qətnamələrinə məhəl qoymadığı kimi, bu gün də beynəlxalq humanitar hüquqa zidd olaraq bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi vurğulanır.![]()
![]()
Siyasət
Meksikada “Şuşa - Azərbaycanın azadlıq simvolu” başlıqlı məqalə dərc olunub - FOTO
Son xəbərlər
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
Siyasət
Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?
İqtisadiyyat
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - Foto
Siyasət
Əliyev Putin və Berdiməhəmmədovla görüşdü
Müsahibə
Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan
Siyasət
Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto
İqtisadiyyat
Neftin bu günə olan qiyməti
Siyasət
İlham Əliyev Türkmənistana getdi
Hadisə
Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü
Siyasət
ABŞ-da Nidal Həsənin edam tarixi açıqlandı
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət