İqtisadiyyat
2.02.2016, 22:55
Neft qiymətləri yenə düşür
Son bir neçə günlük xoş xəbərlərdən sonra neftin dünya bazarındakı qiymətləri yenidən düşməyə başlayıb.
WTI markalı neftin bir barrelinin qiyməti $1,72 (5,44%) ucuzlaşıb. Hazırda bu markalı neftin bir barreli 29,9 dollardan təklif olunur.
Brent markalı neftin də qiymətində ucuzlaşma var. Qiymət 5,26% ucuzlaşaraq 32,44 dollarda qərarlaşıb.
Qeyd edək ki, ötən həftə neftin qiyməti 36, 01 dollara qədər yüksəlmişdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay