Aviabiletlər ucuzlaşır
AZAL biletlərin ucuzlaşmasına münasibət bildirib
Neftin qiymətinin ardından aviabiletlərin də qiymətləri ucuzlaşacaq. Lakin bu proses sürətlə baş verməyəcək.
Interxeber.az saytı anspress.com saytına istinadən bildirirki, bu barədə Beynəlxalq hava Nəqliyyatı Assosiasiyasının (IATA) yaydığı məlumatda deyilir ki, aviaşirkətlər bu il sərnişin reysləri üçün yanacağa tətbiq edilən əlavə yığımı orta hesabla 5%, yük üçün 5,8% azaldacaq. Bu isə daşınmaların həcminin artmasına təkan verəcək.
Assosiasiya aviaşirkətlərin 2014-cü il üçün gəlirləri üzrə proqnozunu 18 mlrd. dollardan 20 mlrd. dollara yüksəldib. Neftin ucuzlaşması səbəbindən gələn il üçün aviaşirkətlərin gəlirləri üzrə proqnoz 25 mlrd. dollar səviyyəsində proqnozlaşdırılır.
Aviabiletlərin ucuzlaşıb-ucuzlaşmayacağına “Azərbaycan hava Yolları” QSC-də münasibət açıqlayıb. Dövlət konserninin Mətbuat katibliyinin rəisi Məhərrəm Səfərli “APA-Economics”ə bildirib ki, hazırda bu məsələ nəzərdən keçirilmir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay