Sentyabrın 8-dən etibarən Kanada ABŞ mallarına qarşı 50% həcmində rüsumlar tətbiq etməyə başlayıb.
Bu addım Birləşmiş Ştatların müvafiq qərarlarına cavab olaraq atılıb.
Poladdan tutmuş köynəklərə qədər təqribən 20 milyard ABŞ dolları dəyərində məhsullar bu məhdudiyyətlərin təsiri altına düşüb.
Əvvəlcə siyahıya təzə balıq və omar (dəniz xərçəngi növüdür - red.) da daxil edilmişdi, lakin yerli balıqçıların etirazları səbəbindən onlar siyahıdan çıxarılıb. Bu vəziyyət Ottavanın ölkə daxilində tarazlığı qoruyaraq Vaşinqtona cavab verməsinin nə qədər çətin olduğunu nümayiş etdirir.
Hər iki tərəfin rəsmiləri razılığa gəlmək istədiklərini bildirirlər. Buna baxmayaraq, avqustun sonlarında baş verən fasilədən sonra yeni danışıqlara hələ də başlanılmayıb.
Kanadanın Baş naziri Mark Karni bu yaxınlarda ölkəsinin ABŞ ilə uzunmüddətli razılaşmaya hələ də ümid etdiyini vurğulayıb. O qeyd edib ki, ABŞ-lilər hazır olan kimi ölkəsi dialoqa başlamağa hazırdır.
ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir isə əksinə olaraq, növbənin kanadalılarda olduğunu bildirib. O diqqətə çatdırıb ki, Birləşmiş Ştatlar daha sərfəli şərtlər təklif edib, lakin Ottava bundan imtina edib. Rəsmi şəxs həmçinin cavab tədbirləri ilə hədələyərək, Vaşinqtonun bəzi Kanada mallarının idxalına qadağa qoya biləcəyi barədə xəbərdarlıq edib.
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman
Zidan Ronaldu barədə: "Onun sayəsində inanılmaz kuboklar qazandım"
Müsahibə
Putin bu türk ölkəsinə səfərə gedir
Son xəbərlər
Qalibaf ABŞ-nin İrana yeni təkliflər göndərdiyini açıqladı
Tarix
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
Siyasət
Merz qəfil Kiyevə gəldi
Tarix
Türkiyədə Azərbaycan Bulvarı açıldı - Ərdoğan
Siyasət
Ceyhun Bayramov Abbas Əraqçı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi
Son xəbərlər
Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər
Son xəbərlər