Martın 27-də Çinlə İran arasında uzunmüddətli iqtisadi əməkdaşlığı və digər qarşılıqlı maraqları özündə ehtiva edən sənəd imzalanıb.

Sənəd iki ölkə arasında strateji əməkdaşlıq platformasının dərinləşdirilməsinə hesablanıb və qarşıdan gələn 25 ili əhatə edəcək.

Sənədi Tehranda Çinin Xarici İşlər naziri Van Yinlə iranlı həmkarı Məhəmməd Cavad imzalayıblar.

Xarici mətbuatda sənəd barədə konseptual yanaşmalar ifadə olunur, detallar barədə isə məlumatlar yoxdur.

Ancaq “New York Times” yazıb ki, Çin İrana 25 il ərzində neft qarşılığında 400 milyard dollar sərmayə yatıracaq.

İki ölkənin həmçinin birgə təlim, tədqiqat və kəşfiyyat mübadiləsi aparacağı və hərbi əməkdaşlığı genişləndirəcəyi bildirilir.

Qərbin sanksiyalarının ağırlığı altında əzilən İran üçün bu saziş nəfəslikdir. Sazişin ABŞ-ın Yaxın Şərqdə təsir imkanlarını zəiflətmək məqsədilə imzalandığı da yer alan məlumatlar sırasındadır.

Bəs Azərbaycana hansı faydaları ola bilər?

Sənədin detalları ictimailəşməsə də artıq Çin və İranla iqtisadi əməkdaşlıq edən ölkələr üçün yeni fürsətlər yaranacağını söyləmək mümkündür.

Azərbaycanın da Çin və İranla iqtisadi-ticari əlaqələri mövcuddur. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, hər iki ölkənin xalqlarının mənafeyi naminə iqtisadi və humanitar əlaqələrə yönəldilmiş “İpək Yolu İqtisadi Kəməri”nin formalaşdırılması üzrə əməkdaşlığı birgə inkişaf etdirəcəklər.

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Layihə ölkələr arasında çoxtərəfli əməkdaşlığı əhatə edir.

Asiya qitəsini Avropa ilə birləşdirmək məqsədi daşıyan layihə nəqliyyat bağlılığını təmin edir. Eyni zamanda müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.

Azərbaycan isə bu yolun üzərində dayanan tranzit ölkədir və Çin Azərbaycanın əhəmiyyətini dərk edir. Azərbaycan İran və Çinlə ticarət dövriyyəsini və iqtisadi əlaqələrini genişləndirir ki, yeni sənədin yaratdığı imkanları bu kontekstdən də nəzərdən keçirmək olar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov açıqlamasında bildirib ki, Çin dünyanın ən böyük iqtisadiyyata malik ikinci ölkəsidir və İran sanksiyalara baxmayaraq regionda aparıcı mövqeyə sahib dövlətlərdən biridir.

“Bu baxımdan bu iki ölkənin yeni yaxınlaşması regional əməkdaşlıq baxımından vacibdir”, - deyən deputat əlavə edib ki, Azərbaycan regional əməkdaşlığı dəstəkləyən, sülh və əməkdaşlığa töhfə verən ölkədir.

Millət vəkili qeyd edib ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasına böyük töhfələr verir.

“Şimal-Cənub nəqliyyat dəhlizi şimaldan başlayaraq, Azərbaycan və İran ərazilərindən keçməklə Hindistana qədər uzanan bir marşrutdur. İranın Asiya ölkələri ilə əməkdaşlığının güclənməsi həm də praktik olaraq Şimal-Cənub nəqliyyat dəhlizinin daha böyük potensialla işləyəcəyinə xidmət edəcək. Bu, Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək”, - V.Bayramov fikrini yekunlaşdırıb.

Son xəbərlər

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

Bütün xəbərlər