Qaz sayğacları ilə bağlı “Azəriqaz” İB-nə daxil olan 339 müraciət araşdırılıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qurum qaz sayğaclarının əvəzlənməsindən sonra bir qism mexaniki-elektron sayğac istifadəçisinin sərfiyyatın çox qeydə alınması barədə müraciətləri araşdırıb və “104 Çağrı Mərkəzi”ndən verilən məlumata görə müxtəlif internet resurslarında paylaşılan bu kimi iddialar təsdiqini tapmayıb.

“104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, yanvar ayı ərzində “sayğacım sərfiyyatı çox qeydə alır” iddiası ilə ünvanlanan müraciətlər ətraflı araşdırılıb:

“Məlum olub ki, 256 abonent ödəniş hesabatlarını düzgün aparmayıb. Əvvəlki aylardan qalan debitor borclarını ödəmədikləri üçün onlara təqdim olunan bildirişdəki böyük məbləğləri yanlış başa düşüblər. Başqa qrup abonent 2020-ci il üçün nəzərdə tutulan hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetrlik aşağı tarifli limit həddini keçdiyindən onların ödənişləri hər kubmetrə görə 20 qəpikdən hesablanıb. Bu zaman artan rəqəmlər sayğacın sərfiyyatı çox qeydə alması kimi başa düşülüb. Digər abonentlər isə yaşadıqları fərdi yaşayış evində sayğacdan sonra qaz sızmasından xəbərsiz olub”.

Xalidə Şimşək onu da vurğulayıb ki, belə bir durumda istifadəsində olan əvvəlcədən ödənişli sayğaclarını mexaniki-elektron sayğacla əvəz etmək istəyənlər də çoxluq təşkil edib. Bu barədə 400-ə yaxın müraciət daxil olub. Onlar mexaniki-elektron sayğacın istifadəsinin daha rahat olmasını əsas gətirərək bu ölçü qurğularına üstünlük veriblər.

Qeyd edilib ki, mexaniki-elektron sayğacın sərfiyyatı düzgün qeydə almaması ilə bağlı şikayəti olan abonentlər hər həftənin 2 və 4-cü günləri saat 14:00-dan 17:00-dək Birliyin Metrologiya Departamentində təşkil olunan “Açıq qapı” saatlarına qatıla bilərlər. Bu həftə keçirilən “Açıq qapı” günlərində edilən müraciətlər yoxlamadan sonra təsdiqini tapmayıb.

Əlavə edilib ki, gələn həftədən yeni gətirilən əvvəlcədən ödənişli (smart-tipli) sayğacların istismara verilməsinə başlanılacaq.

Bildirilib ki, iddiaları əsassız olsa belə, istifadəsində olan mexaniki-elektron sayğaclardan narazılıq edən bir qisim abonentin də məmnuniyyəti üçün onlara yeni əvvəlcədən ödənişli sayğaclar təqdim olunacaq.

Son xəbərlər

İran əllərini tətikdən çəkməyəcək - Pezeşkian

Keşləni su basdı: Nazir müavini hadisə yerində - Video

SAXAL İranda 120 hədəfi atəşə tutub

ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirdi

Vilayət Eyvazov rəislərə tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

İslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər

Qurbanov ilk dəfə baş hakim kimi təyinat aldı

İran Hörmüzlə strateji qələbə qazandı

Ukrayna Pasxa atəşkəsinə hazırdır - Zelenski

Hakan Fidan Pakistan XİN başçısı ilə görüşdü

ABŞ əsgərlərini yandırmaq üçün gözləyirik - Qalibaf

İran İsrailin Modiin şəhərinə zərbələr endirdi

Husilərin lideri İsrail və ABŞ-ı hədələdi

Ərdoğan helikopter qəzasına görə başsağlığı verdi

AB İranla müharibə istəmir - Vever

Netanyahu Zelenski ilə danışıqlar üçün müraciət etdi

Münaqişəyə diplomatik yolla son qoymaq... – Bəqai

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

İranın yeni dini lideri bəlli oldu

Almaniya Azərbaycana təşəkkür etdi

İran üzr istədi və kapitulyasiya etdi - Tramp

Putin Xameneiyə görə başsağlığı verdi

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Suraxanı Rayon Yol Polisi İdarəsi fəaliyyətində müsbət dinamika: təhlükəsizlik göstəricilərində artım

Pezeşkian Papikyanla müzakirədə Azərbaycanı xatırlatdı

Hakan Fidan Rüstəm Umerovla görüşdü

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Rusiya diplomatiyanı deyil, zərbələri üstün tutur - Zelenski

Ukrayna Luqanskdakı neft bazasını vurdu

Tramp İranla bağlı bu fürsəti əldən verdi

İlham Əliyev Münhendə iclasda iştirak edir - Canlı

Azərbaycanın bu mövqeyi üstünlükdür, lakin... - Prezident

DTX Mehdiyevin evində nələr tapdı?

Bütün xəbərlər