Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz Azərbaycan Təhsil Proqramının açılışında Türkiyə-Azərbaycan qardaş sevgisinə yeni bir halqa əlavə olunduğunu deyib.
Bu barədə “Anadolu” agentliyi xəbər yayır.
Dönməz bildirib ki, Türkiyə ilə Azərbaycanın qardaşlıq səviyyəsini görmək istəyənlər onların ortaq layihələrinə və bir-birinə olan məhəbbətinə baxmalıdırlar:
“Məhz bu birliyin gücü ilə qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağ əsl sahibinin əlində abad olmağa başlayır. Qafqaz bu qardaşlığın gücü sayəsində sülh və əmin-amanlıq qazandı”.
O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında texnologiya, təhsil və enerji mövzusunda yeni layihənin müzakirəsinə hazırlaşılır:
“Qarşılıqlı etimada əsaslanan, uzunmüddətli və geniş miqyaslı sərmayə tələb edən layihələri qətiyyətlə həyata keçiririk. Həyata keçirdiyimiz bu layihələrin beynəlxalq miqyasda olması növbəti uğurun göstəricisidir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərimiz dövrün ən vacib əsərləri kimi ortaya çıxıb. Bu layihələr uğurla həyata keçirildikcə birliyimiz gücləndi və qardaşlığımız möhkəmləndi”.
“İndiyə qədər təxminən 9,1 milyard kubmetr qaz nəql edilib. TAP-la birlikdə TANAP və Azərbaycan qazının strateji əhəmiyyəti daha da artacaq”, - deyə türkiyəli nazir bildirib.
O Türkiyənin keçən il idxal etdiyi təbii qazın 24 faizinin Azərbaycandan gəldiyini xatırladaraq Azərbaycanın təbii qazının həm güvənlə istifadə olunduğunu, həm də bu qazı beynəlxalq bazara təqdim edəcək layihələrdə ortaqlıqların həyata keçirildiyini deyib.
İqtisadiyyat
Türkiyəli nazir: “TAP-la birlikdə TANAP və Azərbaycan qazının strateji əhəmiyyəti daha da artacaq
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər
Əli Əsədov onu vəzifədən azad etdi
Siyasət
Putin Paşinyanı Moskvaya çağırdı - Peskov
Müsahibə
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
Siyasət
Avropalı müşavirlər də Kiyevə gəldilər
Texnologiya
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Siyasət
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
Siyasət
Tramp Ukraynaya xərclənən vəsaiti Avropadan tələb edəcək
Bölgə
Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - VİDEO
Siyasət
Bayramov İsveçin yeni səfiri ilə görüşdü
Son xəbərlər
Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvələr göndərir
Siyasət
Tramp İranın inadkarlığından qıcıqlanır - Hakabi
Son xəbərlər
İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi
Müsahibə