Azərbaycanlı güləşçilər birinci oldu - FOTO
Ümumilikdə idmançılarımız 44 medal qazanıblar.
Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda keçirilən ənənəvi beynəlxalq turnirdə Azərbaycan yığması birinci olub.
Güləş Federasiyasından verilən məlumata görə, bu gün başa çatan yarışlarda güləşçilərimiz 9 medal qazanıblar. Bunlardan 5-i qızıl, 1-i gümüş və 3-ü isə bürünc olub. Ümumilikdə isə Azərbaycan güləşçiləri aprelin 16-dan 19-dək keçirilən turnirdə 11 qızıl, 13 gümüş və 20 bürünc medal qazanıblar.
Birinci Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyan turnirin sonuncu günündə gənclər arasında sərbəst güləş üzrə 148 idmançı mübarizə aparıb. Yarışda Zalimxan Maqomedsultanov (50 kq, Rusiya), Mahir Əmiraslanov (55 kq, Azərbaycan), Vurğun Əliyev (60 kq, Azərbaycan), Enes Uslu (66 kq, Türkiyə), Murad Süleymanov (74 kq, Azərbaycan), Hacımurad Məhəmmədsəidov (84 kq, Azərbaycan), Givi Matçaraşvili (Gürcüstan, 96 kq), Səid Həmidov (120 kq, Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.
Komanda hesabında Türkiyə ikinci, Rusiya yığması isə üçüncü yeri tutub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay