Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının beşinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə turnir cədvəlinin lideri rumıniyalı İrina Bulmaqa üzərində qələbə qazanaraq liderliyə yüksəlib. Beşinci turu daha 4 şahmatçımız qələbə ilə başa vurub. Belə ki, Gülnar Məmmədova Xəyalə Abdulla, Xanım Balacayeva serbiyalı Jovana Erik, Zeynəb Məmmədyarova rumıniyalı Andreea-Marioara Cosman, Nəsrin Babayeva avstriyalı Denise Trippold üzərində qələbə qazanıb.
Digər təmsilçilərimiz - Gövhər Beydullayeva rusiyalı Leya Qarifullina, Türkan Məmmədyarova yunanıstanlı Yekaterina Pavlidou qarşılaşmaları heç-heçə ilə başa çatıb.
İki şahmatçımız məğlubiyyətlə üzləşiblər - Ülviyyə Fətəliyeva Viktoriya Radeva (Avropa Şahmat İttifaqı), Ayan Allahverdiyeva rumıniyalı Pancu Aureliana-Eugeniaya uduzublar.
Qeyd edək ki, beş turdan sonra G.Məmmədzadə 4,5 xalla liderdir. G.Beydullayeva, G.Məmmədova, X.Balacayeva 3,5, Zeynəb Məmmədyarova 3, Ü.Fətəliyeva 2,5, X.Abdulla, T.Məmmədyarova 2,5, N.Babayeva 2, A.Allahverdiyeva 1 xal qazanıblar.
Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.
İdman
Avropa çempionatı: Günay Məmmədzadə liderliyə yüksəlib
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman
Zidan Ronaldu barədə: "Onun sayəsində inanılmaz kuboklar qazandım"
Müsahibə
Putin bu türk ölkəsinə səfərə gedir
Son xəbərlər
Qalibaf ABŞ-nin İrana yeni təkliflər göndərdiyini açıqladı
Tarix
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
Siyasət
Merz qəfil Kiyevə gəldi
Tarix
Türkiyədə Azərbaycan Bulvarı açıldı - Ərdoğan
Siyasət
Ceyhun Bayramov Abbas Əraqçı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi
Son xəbərlər
Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər
Son xəbərlər