Lüksemburq 17 legionerlə Bakıya gələcək
Lüksemburq yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Monteneqro ilə keçirəcəyi oyunların heyəti açıqlanıb.
AFFA-nın saytı xəbər verir ki, baş məşqçi Lük Holts C liqasının I qrupu çərçivəsində baş tutacaq ilk iki görüşdə ixtiyarında olacaq 23 futbolçunu müəyyənləşdirib. Bu futbolçulardan 17-si legioner karyerası yaşayır.
Qapıçılar: Tim Kips (“Düdelanj”), Antoni Moris (“Union”, Belçika), Ralf Şon (“Vilts”);
Müdafiəçilər: Dirk Karlson (“Karlsrue”, Almaniya), Lars Jerson (“Norköpinq”, İsveç), Tim Holl (“Jil Visente”, Portuqaliya), Laoren Yans (“Mets”, Fransa), Enes Mahmutoviç (“Lvov”, Ukrayna), Kevin Malqe (“Hesperinqen”), Vahid Selimoviç (OFİ, Yunanıstan);
Yarımmüdafiəçilər: Leandro Bareyro, Florian Bonert (hər ikisi “Mayns”, Almaniya), Kristofer Martins (“Yanq Boyz”, İsveçrə), Matias Olesen (“Köln”, Almaniya), Danel Sinani (“Norviç”, İngiltərə), Aldin Skenderoviç (“Proqress”), Olivye Till (“Ufa”, Rusiya), Vinsen Till (“Mets”, Fransa);
Hücumçular: Stefano Bensi (“Fola”), Alessio Kurçi (“Mayns”, Almaniya), Moris Devill (“Zaarbrüken”, Almaniya), Edvin Muratoviç (“Düdelanj”), Jerson Rodriqes (“Dinamo”, Ukrayna).
Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq Lüksemburq yığması üç gün sonra Monteneqronu qəbul edəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay