İdman
24.08.2020, 02:42
Çempionlar Liqası kubokunu “Bavariya” qazandı
Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümünə yekun vurulub.
İnterxəbər xəbər verir ki, turnirdə final görüşü keçirilib.
Həlledici matçda Fransa çempionu PSJ ilə Almaniyanın ən güclüsü “Bavariya” üz-üzə gəlib.
İtaliyalı Daniele Orsatonun idarə etdiyi görüşdə PSJ tarixində ilk dəfə, “Bavariya” isə 11-ci dəfə final oyununa çıxıb.
Qarşılaşmanın taleyini bir qol həll edib.
Oyunun 59-cu dəqiqəsində Kinqsli Komanın qolu “Bavariya”ya 11-ci final matçında 6-cı ÇL çempionluğunu qazandırıb.
Çempionlar Liqası
Final
23 avqust
PSJ (Fransa) – “Bavariya” (Almaniya) - 0:1
Qol: Koman, 59
Baş hakim: Daniel Orsato (İtaliya)
Lissabon. “Da Luş” stadionu
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay