Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, avtomobilin Yuxarı Qarabağ kanalına aşdığı bildirilir. İlkin məlumata görə, maşının içində bir neçə nəfər olub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən axtarış-xilasetmə işləri görülür.