Hadisə
24.04.2015, 03:29
Rahat marketdə faciəli ölüm
Bu gün səhər Sumqayıt şəhərində 25 yaşlı gənc faciəvi şəkildə ölüb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, şəhərin 17-ci mikrorayon ərazisində yerləşən və sabah açılışı nəzərdə tutulan "Rahat" marketdə işləyən fəhlə 1990-cı il təvəllüdlü Qurbanov Ruslan Taleh oğlu eskalatorun arasında qalıb. Gənc aldığı xəsarətlərdən elə yerindəcə keçinib.
Hadisə ehtiyyatsızlıqdan baş verib. Belə ki, yeni açılacaq mağazada quraşdırılmış lift yoxlanış üçün istismara buraxılarkən adıçəkilən faciəvi hadisə baş verib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib, araşdırma aparılır.
azvision.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay