“Sahil” bağında qətl - TƏFƏRRÜATLAR
Ötən axşam Bakının mərkəzində qanlı hadisə baş verib. "Sahil bağı"nın yaxınlığında bir nəfər amansızlıqla qətlə yetirilib, bir nəfər isə yaralanıb.
İlkin məlumata görə, gənclər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Gənclərdən biri bıçaqla digərinin boğazını kəsib, onun dostunu isə yaralayıb. Qanlı hadisə nəticəsində 26 yaşlı Həsən Namiq oğlu Həsənov hadisə yerində ölüb. Onun dostu, 22 yaşlı Məmmədzadə Orxan Təbriz oğlu bıçaq xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Qətli törədənin şəxsiyyəti hələlik məlum deyil. O, hadisədən sonra ərazidən uzaqlaşıb. Hüquq-mühafizə əməkdaşları hadisə yerində müayinə aparıblar. İki nəfəri bıçaqlayan şəxsin axtarışları davam etdirilir.
Hadisənin motivinə gəlincə, şahidlər bildiriblər ki, qətlə yetirilən Həsən Həsənov "Sahil bağı"nda itini gəzdirirmiş. İt yaxınlıqdan keçən naməlum şəxsə hürməyə başlayıb. Tərəflər arasında bu səbəbdən mübahisə yaranıb və nəticədə qanlı hadisə baş verib.
Lakin istintaq hadisə şahidlərinin ifadələrinə əsaslanan bu versiyanı qətlin səbəbi kimi rəsmən təsdiqləmir. Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyev APA tv-yə bildirib ki, qətlin əsl motivi hadisəni törədən şəxs saxlanıldıqdan sonra məlum olacaq.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay